Daimi həyatın sınaqlarından alınıaçıq və üzüağ çıxan, Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan mayor Adəm Əsgərovun noyabr ayının 21- 63 yaşının tamam olması günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,yaxınları,iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Adəm qoy
yaşının üstə gələn bu yaşda sizə sevinc dolu illər bəxş etsin, hər yeni ilin isə ötən günlərdən daha gözəl sizi istəklərinə uyğun xoşbəxt edəcək şəkildə keçsin.
Deməli allahın bəxş etdiyi ömrü doğru- düzgün yaşamaq, ədalətli xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı,gərəkli olmaq, haqqı- nahaqqa verməmək kimi dəyərlərə sadiq qalmağı bacarmışan.Belə yaşamaq, əlbətdə hər kəsə nəsib olmur.
Yaşayıb- ömrün yetkin bir mərhələsinə catanda və cevrilib arxada qalan illərə nəzər salanda,xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilərsən,yaşadıqlarına görə təəssüflənmirsən, deməli,ömrün hədər getməyib.
Ömrünün kamillik zirvəsinə gəlib catan insan ömurü cəmiyyətə, elmə,təhsilə,xeyirxah əməllərə həsr ediləndə mənalı olur, qürür doğurur.
Xalq üçün, Vətən ücün, Azərbaycanın ərazisi bütövlüyün təmin edilməsi üçün yaşanan ömur isə əsl insan ömurüdür. Belə insanlardan biridə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarınınnda müxtəlif vəzifələrdə xidmət etmiş, yorulmaz, vətənpərvər,zəhmətkeş baş zabit, Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan mayor Əsgərov Adəm Abiəli oğludur.
Doğmaları, yaxınları, dostları, iş və döyüşcu yoldaşları ilə isti münasibətdə olan, müharibə veteranı- istefada olan mayor Əsgərov Adəm Abiəli oğlu 1961 -ci ilin noyabr ayının 21- də Lənkəran rayonunun Zevlə kəndində zəhmətkeş ailədə anadan olub.
Adəm Əsgərov 1979 - ci ildə Lənkəran rayonun Zevlə kənd orta məktəbini, 1986- ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vladikafkazda (əvvəllər Ordzhonikidzedə) yerləşən Ali Hərbi
Komandirlər məktəbini bitirib.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirlən bir çox təlim- metodiki toplanışlarda, xüsusi və hərbi taktiki təlimlərdə, komanda- qəragah məşqilərində, seminar və konfranslarda fəal iştirak edib.
Mayor Adəm Əsgərov 1980- 1982 ci illərdə, SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komi Vilayətində yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.
1986- 1991 -ci illərdə, SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Kirov vilayətinin Omutninski şəhərində yerləşən hərbi hissələrin birində taqım komandiri, böluk komandirinin müavini vəzifələrində olub.
1991 -1998 – ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Nizami, Binəqədi,Nərmanov, Ağdam və Füzuli rayonlarında yerləşən konvoy- mühafizə, xüsusi motorlaşdırılmış polis və əməliyyat (motoatıcı) təynatlı hərbi hissələrində böluk komandiri, döyüş hazırlığı bölməsının rəisi, Sumqayıt şəhərində yerləşən hərbi hissədə hərbi hissə komandirinin birinci müavini, hərbi hissə komandiri əvəzi, Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı darəsində isə baş zabit vəzifələrində işləyib.
Peşəkarlığı , humanistliyi,vətənpərvərliyi, səmiyyəti,iradi və mənəvi keyfiyyətləri seçilən, ömrünün ən məhsuldar dövrünün 18- ildən çoxunu hərbi xidmətə həsr edərək Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Adəm Əsgərov Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsüzliyin təmin edilməsində,inzibatı binaların,hərbi şəhərciklərin,hərbi təchizat anbarların, mühüm dövlət obyektlərin, hərbi yüklərin, (cəza cəkmə müəsissələrin) mühafizə olunmasında, yaşayış məntəqələrində və cəzaçəkmə ( islah- əmək) müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin zərərləşdirilməsində, qəzalar,bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquq rejim tədbirlərin həyata kecirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Öz xidməti vəzifə borclarını və hərbi hissə qaşında qoyulmuş tapşırıqları yerinə yeyirərkən fərqləndiyinə görə istefada olan mayor Əsgərov Adəm Abiəli oğlu SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanlarının, onların müavinlərinin, Daxili Qoşunların Bas İdarəsinin döyüş hazırlığı idarə rəisinin, ali hərbi məktəb rəisinin, diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləi ilə əlacı və yubiley döş nisanları ilə təltif olunub,bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
“Qüsursuz xidmətə görə “ 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
2.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
3.“SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” yubileyi medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ADƏM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HEÇ VAXT DƏRD QƏM GÖRMƏYƏSƏN
100 YAŞA, SAĞLAM YAŞA.ALLAH SƏNİ QORUSUN !
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasınınn Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder