Təbrik: Leytenant Əmir Abıyev- 53




İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Yaşın üstə yaş gələndə insan daha da kamiləşir. Belə insanlardan biridə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Astara rayon şöbəsinin sədri Abıyev Əmir Lətif oğludur. Noyabr ayının 11-də onun 53 yaşı tamam  olur.

Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan müharibə veteranı, istefada olan leytenant Abıyev Əmir Lətif oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edib deyirlər,  Əmir qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu illər bəxş etsin, hər yeni yaşın isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Azərbaycan Respublikasının Müharibə veteranı- istefada olan leytenant Abıyev Əmir Lətif oğlu 1971-ci illin noyabr ayının 11-də Astara rayonunda zəhmətkeş ailədə anadan olub.
1986-cı ildə Astara şəhər 1 nömrəli orta məktəbin 8-ci sinifini,1989-cu illdə Leninqrad (indiki Sankt-Peterburq)şəhərində Texniki peşə məktəbi ,1994-cü ildə Bakı Ali  Hərbi Birləşmiş Komandirlər məktəbini bitrib.
1989- 1991-ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətə olub.
 1992- 2001- ci illərdə Azərbaycan Ordusunun Ağcabədi, Xocavənd və Beylaqan rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri vəzifəsində Vətənə və Xalqa sədaqətlə xidmət edib. 2019 -cu ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Astara rayon şöbəsinin sədridir .
Əmir Abıyev Azərbaycan Ordusunda xidmət etdiyi illər ərzində hərbı hissələrdə və korpusda kecirlən bir cox metodiki- təlim toplanışlarda, xüsusi -taktiki təlimlərdə fəal iştirak edib.
Sovet Ordusunda və Azərbaycan Ordusunda xidmət etdiyi illər ərzində xidməti vəzifələrinin icrasına məsuliyyətlə yaşadığına və xidmətdə xüsusi fəriqləndiyinə görə Sovet Ordusunun  və Azərbaycan Ordusunun korpus, hərbi hissə komandirlərinin, hərbi məktəb rəisinin müvafiq əmrləri ilə fəxr fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ƏMIR!

100 YAŞA SAĞLAM YAŞA.

















Hiç yorum yok:

Yorum Gönder

Pages