Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının hərbi hissələrində və ali hərbi məktəbində müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı,sadəliyi, səmimiyyəti,səmərəli fəaliyyəti,iradi və mənəvi keyfiyyəti ilə seçilən - ehtiyada olan kapitan Verdiyev Novruz Məhəmməd oğlunun noyabr ayının 19 -da dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan Kapitan Verdiyev Novruz Məhəmməd oğlunu doğum günü münasibətilə Daxli İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Novruz qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Verdiyev Novruz Məhəmməd oğlu 1981 - ci ilin
noyabr ayının 19 - da Azərbaycan Respublikasının Oğuz rayonunun Filifilli kəndində zəhmətkeş bir ailədə anadan olub.
1998 - ci ildə Bakı şəhəri 80 nömrəli orta məktəbi, 2012- cu ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının orta ixtisas hərbi məktəbini bitrib.
Novruz Verdiyev Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarda, nümunəvi -göstərici məşğələlərdə, xüsusi- taktiki təlimlərdə , komanda qərargah məşqilərində,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
2000- 2002- ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmətə olub.
2005-2023 - cü illərdə DİN-in Daxili Qoşunların Gəncə şəhərində,Quba və Xəzər rayonlarında yerləşən hərbi hissərində və orta ixtisas hərbi məktəbində xüsusi təyinatlı dəstədə yarım qrup komandiri, əsgər yataqxanasının rəisi, müdavim, artilleriya batareyasında taqım komandiri, artilleriya batareyasında zabit, hərbi hissənin qərargah rəisinin xidmət üzrə köməkçisi vəzifələrində xidmət etmiş, hərbi hissənin qərargah rəisinin döyüş hazırlığı üzrə müavini vəzifəsini müvəqqəti icra etmişdir.Hal -hazırda Gesko ASC-in hərbiləşdirilmiş mühafizə. xidmətində növbə rəisi
vəzifəsində çalışır.
Novruz Verdiyev qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin və hərbi təchizat anbarların mühafizəsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, bədbəxt hadisələr,yanğınlar, qəzalar, təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqalədə vəziyyət və komendat saatı zamanı hüquqi rejim tədbirlərin həyata keçirilməsində, dövlətətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi və iş yoldaşları kapitan Novruz Verdiyevi vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.N.Verdiyev istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
N.Verdiyev Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və digər xidmətlərinə görə Daxili İşlər Nazirinin, Dövlət Sərhəd Xidmətinin rəisinin, Daxili Qoşunlar komandanın və onun müavinlərinin, hərbi hissə komandirin müvafiq əmrləri ilə əlacı və yibiley döş nişanları ilə təltif olunub,fərmanlarla,diplomlarla və qiymətli hediyələrlə mükafatlandırlıb, ona təşəkkür elan olunub və aşağıdakı medallarla təltif edilib:
1.”Azərbagcan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 90 illiyi (1918-2018)” yubileyi medalı ilə;
3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.“Qüzursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5.”Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN NOVRUZ !!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN,
BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Reslubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder