Təbrik: Kapitan Hafis Qənbərov- 68





 İnsan var ki,onun ömürlüyü bir vərəqə ancaq yerləşir,insan da var ki,onun ömrünün təsviri bir kitabada sığmır.Belə insanlardan biridə, Daxili işlər   orqanlarının həyatında  öz dəst - xətti və xüsusi xidmətləri olan,     peşəkarlığı,dərin zəkası, gözəl nitq qabiliyyəti, sadəliyi, səmimiyyəti,təvazökarlığı,vətənpərvərliyi,dəqiqliyi,təmkinliyi,xeyirxahlığı,işgüzarlığı,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 29 ildən çox şərəfli xidmət yolunu Daxili işlər orqanlarında polis xidmətinə həsir etmiş   -  istefada olan kapitan Qənbərov Hafis Bulud     oğludur.Noyabr ayının   13- də onun dünyaya göz açdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan, Azərbaycan Respublikasının polis və müharibə veteranı-  istefada olan kapitan Qənbərov Hafis Bulud oğlunu, belə bir əlamətdar  gün munasibətilə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB) rəhbərliyi, onun doğmaları, iş və döyüşcü
yoldaşları səmimi qəlbdən təbrik  edir, səbəbkara  həyatda insan ucun ən şirin  nemət olan möhkəm cansağlığı,uzun mənalı ömür və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Hafis müəllim qoy yaşının üstə gələn bu yaş da  sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə  sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
  Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimayət arasında  özünəlayıq hörmət  qazanmış- kapitan Qənbərov Hafis Bilud  oğlu   1956 - cü ilin  noyabr ayının 13- də  Şuşa şəhərində zəhmətkeş bir  ailədə  anadan olub. Hafis “Azərbaycanın Milli Qəhramanı” Qənbərov Ramiz Bulud oğlunun qardaşıdır.   
 Heç kəsi özündən incitməyən, xoş rəftarı  və şirin dili ilə hər kəslə  doğmalıq münasibəti yaradan- kapitan Hafis Qənbərov 1974 - ci ildə  Hacıyev adına 4 saylı  Şuşa şəhər  orta məktəbi,1981-ci ildə Kənd Təsərrufatı İnstitunu  bitrib.O, Daxili işlər orqanlarında xidmət etdiyi illər ərzində, Daxili İşlər Nazirliyinin  və Bakı şəhər Baş Polis İdarəsi tərəfindən  keçirlən  bir çox  təlim-metodiki toplanışlarda, xüsusi -taktiki təlimlərdə,  komanda - qərargah   məşqlərində, seminar və konfranslarda fəal iştirak edib .
  Kapitan Hafis Qənbərov  1976 - 1978-cü illərdə  Sovet ordusunun Xabarovski diyarının Lozo rayonun  Sita qəsəbəsində yerləşən hərbi hissələrin  birində müddətli həqiqi hərbi xidmətdə olub.
1982-2011  ci illərdə  Daxili İşlər.  Nazirliyinin Şuşa şəhərində,Suraxanı və Qaradağ.rayonlarında yerləşən polis şöbəsində və idarələrində  əməliyyat  müvəkili  vəzifəsində Vətənə  və Xalqa  sədaqətlə    xidmət etmişdir.
ĞğğğAzərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib.Hafis Qənbərov 2018-ci ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  Şuşa şəhər şöbəsinin sədridir.
Azərbaycan Respublikasının polis və müharibə veteranı-istefada olan kapitan Hafis Qənbərov Qanunvericilikilə müəyyən olunmuş qayda Daxili işlər orqanlarına  həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində,yaşayış məntəqələrində  kütləvi  iğtişaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin  təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin, eləcədə axtarışda olan şəxslərin axtarışında,tutulmasında və  zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərin həyata kecirilməsində və Azərbaycanın  ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir
       
 Polis  yoldaşları Hafiz Qənbərovu vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş  polis əməkdaşı kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı,orta və ali təhsil müəssisələrində, istərsədə  xidmət etdiyi və işlədiyi kollektivdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
       
 O, Daxili işlər orqanlarında xidmət etdiyi illər ərzində, öz tabeliyində olanlara və bir çox  polis əməkdaşlarına Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Polis Andın, Daxili işlər nazirliyinin post-patrul və digər  nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti və ictimai vəzifələrini  yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə Daxili İşlər Nazirinin və onun müavinlərinin, Bakı Baş Polis İdarə rəisinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin,Şuşa,Suraxanı və  Qaradağ rayon polis şöbə və idarə rəislərinin  müvafiq əmirləri ilə bir sıra medalarlala əla xidmətlərə görə əlacı  və yubiley  döş nişanları ilə təltif olunub, bir çğox fərmanlarla, qiymətli  hədiyyələrlə (pul mükafatları ilə) mükafatlandırlıb və ona təşəkkur elan edilib. 
DOĞUM GÜNÜN MÜBARƏK HAFİS MÜƏLLİM !!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
100 YAŞA SAĞLAM YAŞA.

Hiç yorum yok:

Yorum Gönder

Pages