Təbrik: Gülnarə Abbasova



    
Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  hərbi hospitalının reanimasiya şöbəsində müxtəlif vəzifələrdə xidmət etmiş,   peşəkarlığı,qayğıkeşliyi,,dəqiqliyi,təmkinliyi,sadəliyi və səmimiyyəti ilə seçilən, ehtiyatda  olan kicik gizir  Abbasova Gülnarə Əsədulla qızıbın noyabr ayının 15- də     dünyaya göz acdığı gündür.

Daim həyatın  imtahanlarından alnıacıq və üzüağ çıxan,əhatəsində olan insanların hörmətini qazanan, dostlarına və yaxınlarına isti münasibətdə olan Gülnarə xanımı belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işciləri),doğmaları,əzizləri, iş yoldaşları, onun pərəstişkarları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu  edib deyirlər, Gülnarə xanım qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
    
Qeyd edək ki, Abbasova Gülnarə Əsədulla  qızı    noyabr ayının 15-də  Bakı şəhərində  zəhmətkeş bir ailədə  anadan olub.
 
Gülnarə xanım 1988 -cu ildə Bakı şəhər Nizami rayonu Yuri Kavalyov adına 229 nömrəli   orta məktəbi,  1990-cı ildə  isə  1 nömrəli Bakı Tibb (indiki kolleci) Texnikumu bitrib.  
    
Hər zaman həyatda layıqlı yer tutmağa canatmış,yüksək uğurlar qazanmış, vətənpərvər insan Abbasova Gülnarə Əsədulla  qızı  1990-2006-cı illərdə Bakı şəhəri Nizami rayonu 7 saylı  doğum evində,  2007- 2019 - ci illərdə  isə Daxili İşlər Nazirliyinin  Daxili Qoşunların Baş İdarəsinin  Nərmanov  rayonunda yerləşən hərbi hospitalının Reanimasiya şöbəsində   tibb bacısı  vəzifələrində Vətənə  və Xalqa sədaqətlə xidmət edib.

Torpağına,xalqına bağlı gözəl xanım Gülnarə Abbasova Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalında   xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbi qulluqcu kimi göstərmişdir.O, işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə  olmuşdur.

Gülnarə xanım öz xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən   qoruxmaz,insanpərvər,səxavətli, əliaçıq, vəfalı və zəhmətkeş  hərbi qulluqcu olub.

 Abbasova Gülnarə Əsədulla  qızı Daxili Qoşunlarda  xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına əməl edilməsi, müvafiq nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinin  dəqiq və sözsüz  yerinə yetirilməsi işində, bir çox  hərbi qulluqculara və tibb işcilərinə şəxsi   nümunə olmuşdur.
  
 Gülnarə  Abbasova  öz  xidməti vəzifələrini yerinə yetirərkən  fəriqləndiyinə, şücaət  və fədakarlıq  göstərdiyinə və digər xidmətlərinə görə   əla xidmətlərə görə əlacı  və yubiley döş nişanları ilə  təltif olunub, bir çox  fərmanlarla,diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırılıb, ona təşəkkur  elan edlib və aşağıdakı medallarla təltif edlib:

1.”Qüsursuz xidmətə görə” 3 -ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin yaranmasının 90 illiyi (1918-2008)” yubiley medalı ilə;

3.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  95 illiyi (1918 - 2013)” yubiley medalı ilə.

 GÜLNARƏ XANIM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KEÇİR DEYƏ...

UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR.

BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ  İLDİ " DEYƏRSƏN...
 
BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..

XOŞBƏXT İLLƏRƏ.

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
 

Hiç yorum yok:

Yorum Gönder

Pages