Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən hərbi hissədə müxtəlif vəzifələrdə Vətənə və Xalqa sədaqətlə xidmət etmiş, istefada olan baş-leytenant İsmayılov Böyükkişi Həsən oğlunun noyabr ayının 5-də- dünyaya göz acdığı gündür.
Bu əlamətdar gün münasibəti ilə daimi həyatın bütün imtahanlarından alını açıq və üzüağ çıxan,Azərbaycan Respubilkasının müharibə veteranı- istefada olan baş-leytenant Böyükkişi İsmayılovu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi, onun doğmaları,iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarinda bitib-tükənməyən naliyyətlər arzu edib deyirlər, Böyükkişi qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin , hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Qeyd edək ki,İsmayılov Böyükkişi Həsən oğlu 1965-ci ilin noyabr ayının 5-də Azərbaycan Respublikasının Goranboy rayonunun Faxralı kəndində zəhmətkeş bir ailədə anadan olub.
1983- cü ildə Goranboy rayonunun Faxralı kənd orta məktəbini,1988 -ci ildə Ukrayna Respublikasının Dnepretrovski şəhərində yerləşən Metallurgiya İnstitutunun (indiki Dövlət Universitetini) 1998-ci ildə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim -tədriis mərkəzində zabitlərin təhkimləşdirmə kursunu bitrib.
Baş leytenant Böyükkişi İsmayılov Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki toplanışlada, hərbi və xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Böyükkişi Həsən oğlu İsmayılov Ukrayna Respublikasının Dnepretrovski şəhərində Metallurgiya İnstitutunu bitirdikdən sonra, öz ixtisası üzrə təyinatla Bakı şəhərində Gəmi qayrma və təmir zavodunda mühəndis vəzifəsində çalışıb.
1993-999-ci illərdə Azərbaycanın Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən hərbi hissədə taqım komandiri və bölük komandiri vəzifələrində xidmət edib.
B.İsmaylov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir.
Baş- leytenant Böyükkişi İsmayılov istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin azirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi, daxil qoşunların döyuş xidməti nizamnamələrinin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydadamDaxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, axtarışda olan və qanunsuz silahlı birləşmiş dəstələrin axtarışında,tutulmasında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakərlər və başqa fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.Azərbaycan Respublikasının müharibə veteranıdır.
Baş- leytenant İsmayılov Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daima qələbə qazanmışdır. Bü insan üçün ən meyar, başlıca qürurunu saxlamaqdan ibarət olub.O,harada xidmət etməsinə baxmayaraq öz xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, qanunun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmüşdur.
Böyükmişi İsmayılov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və xidmət dövründə digər xidmətlərinə görə Daxili İşlər Nazirn, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, hərbi hissə komandirnin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, fəxri fərmanlarla və qüymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN BÖYÜKKİŞİ!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Hiç yorum yok:
Yorum Gönder