TƏBİB çoxsaylı işçilər axtarır - VAKANSİYALAR



Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Saatlı Rayon Mərkəzi Xəstəxanasında anbar bölməsinin müdiri

Son tarix 21 noy 2024 - vacancy@tabib.gov.az

İş yeri: Saatlı rayonu

Əmək haqqı: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Orta ixtisas və ya ali təhsil
  • Sahə üzrə 3 il iş təcrübəsi
  • MS office proqramlarını bilməli
  • Texniki təhlükəsizlik qaydalarını bilməli
  • Anbar təsərrüfatının təşkilinə aid olan normativ sənədləri bilməli
  • Mal-material qiymətlilərinin yerləşdirilməsi qaydalarını bilməli

İşin təsviri

  • Mal-material qiymətlilərinin anbara qəbulu, buraxılması, yenidən geri alınması və onların mühafizəsi;
  • Anbar sahəsindən səmərəli istifadə etmək üçün mal-materialın düzgün yerləşdirilməsi;
  • Lazım olan material və inventarın təcili tapılmasının təşkili;
  • Rəsmiləşdirilmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsi;
  • Anbarda yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına nəzarət edilməsi;
  • Avadanlığın və inventarın vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi;
  • Əmtəə-maddi sərvətlərinin inventarlaşmasının aparılması;
  • Müəyyən olunmuş hesabatın tərtib edilməsi.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV elektron poçt ünvanına göndərilməlidir;
  • Mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (Saatlı RMX – anbar bölmə müdiri) qeyd olunmalıdır;
  • CV-lər 20.11.2024-cü il tarixinə qədər göndərilməlidir.

Müraciət edən namizədlərin sənədləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.

 

Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi

 Son tarix 21 noy 2024  vacancy@tabib.gov.az

İş yeri: 

  • Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali təhsil
  • Kompüter bilikləri: MS Office – yaxşı
  • Dizayn proqramları: Adobe Ps, Ai və s. – yaxşı
  • Dil bilikləri: İngilis dili - arzuolunandır

Bacarıqlara dair tələblər: 

  • Ünsiyyət bacarığı
  • Aktiv dinləmə bacarığı
  • Komanda işi
  • Nəticəyönümlülük
  • İntizamlılıqanda İntizamlılıq.

İşin təsviri

  • Şöbənin fəaliyyət istiqaməti üzrə keçirilən layihələrə aid təqdimatların dizayn proqramlarından istifadə edilərək tələb olunan dizaynda hazırlanması
  • Rəsmi yazışmaların və danışıqların həyata keçirilməsində iştirak edilməsi
  • Müvafiq görüşlərin təşkil edilməsi
  • Qurulan əməkdaşlıqlar üzrə proseslərin koordinasiya edilməsi
  • Tapşırıqların icra statuslarının təqib edilməsi

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV elektron poçt ünvanına göndərilməlidir
  • Mövzu sətrində “Korporativ əməkdaşlıq şöbəsi – mütəxəssis” qeyd olunmalıdır
  • CV-lər 20 noyabr, 2024-cü il tarixinə qədər göndərilməlidir

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

 

Sığorta işinin təşkili şöbəsinə Aparıcı məsləhətçi

 Son tarix 04 dek 2024  vacancy@tabib.gov.az

İş yeri: 

Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əmək haqqı:

Rəqabətədavamlı əmək haqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali təhsil (Tibb, səhiyyənin təşkili və ya iqtisadiyyat sahəsi üzrə)
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Dil bilikləri: Rus və ingilis dili – yaxşı
  • Kompüter bilikləri: Microsoft Office – yaxşı

Bacarıqlara dair tələblər:

  • Komandada işləmə bacarığı
  • Məsuliyyətlilik
  • İntizamlılıq
  • Nəticəyönümlülük
  • Planlama və təşkiletmə

İşin təsviri:

  • Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuların araşdırılması və cavablandırılmasında iştirak etmək;
  • TƏBİB tərəfindən verilən əmr, sərəncamların tibb müəssisələrində icrasına nəzarəti təmin etmək;
  • Tibb müəssisələrinin sığortanın təşkili üzrə məsul şəxsləri ilə mütəmadi görüşlər keçirmək və ehtiyac olduğu təqdirdə onları fəaliyyət istiqamətinə uyğun təlimatlandırmaq;
  • Tibbi-iqtisadi ekspertizanın nəticələri əsasında tibb müəssisələrinin sığortanın təşkili üzrə məsul şəxslərindən sığorta məbləğindən edilən kəsintilərin səbəblərinin araşdırılmasını və növbəti hesabatlarda həmin nöqsanların aradan qaldırılmasına nəzarət etmək;
  • Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuların araşdırılması və cavablandırılmasında iştirak etmək;
  • Şöbənin ümumi fəaliyyətində gördüyü işlər barədə aylıq, rüblük və illik hesabatlar hazırlamaq və şöbə müdirinə təqdim etmək.

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV elektron poçt ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Sığorta işinin təşkili şöbəsi – Aparıcı məsləhətçi” qeyd olunmalıdır;
  • CV-lər 20 noyabr, 2024-cü il tarixinə qədər göndərilməlidir.

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

 

Elektrik

 Son tarix 04 dek 2024  vacancy@tabib.gov.az

İş yeri: 

  • Bakı şəhəri

Əməkhaqqı:

  • “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali və ya orta texniki təhsil 
  • Sahə üzrə 1 il iş təcrübəsi
  • Sahə üzrə müvafiq sertifikat
  • Texniki təhlükəsizlik qaydalarını bilməli
  • Elektrik sxemlərini oxumağı bacarmalı

İşin təsviri

  • İnzibati binanın elektrik enerjisinin fasiləsiz işinin təmin edilməsi;
  • Avadanlıqların elektrik hissələrinin təhlükəsiz işləməsinin təmin edilməsi;
  • Elektrik montajı, qoşulması, təmiri və texniki xidməti üzrə işlərin təşkil edilməsi;
  • Meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə edilməsi;
  • İllik baxım planına uyğun olaraq tədbirlərin görülməsi;
  • İş təhlükəsizliyinə və SƏTƏM qaydalarına ciddi riayət edilməsi;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV elektron poçt ünvanına göndərilməlidir;
  • Mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (Respublika Perinatal Mərkəz-elektrik) qeyd olunmalıdır;
  • CV-lər 17.11.2024-cü il tarixinə qədər göndərilməlidir.

Müraciət edən namizədlərin sənədləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.

 

Aparıcı məsləhətçi

 Son tarix 04 dek 2024  vacancy@tabib.gov.az

İş yeri: 

Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əmək haqqı:

Rəqabətədavamlı əmək haqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali təhsil (Tibbi və ya iqtisadi sahələr üzrə)
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Dil bilikləri: Rus və ingilis dili – yaxşı
  • Kompüter bilikləri: Microsoft Office – yaxşı
  • Hesabat hazırlama bacarığı
  • Aktuari şəhadətnaməsinin olması arzuolunandır

Bacarıqlara dair tələblər:

  • Komandada işləmə bacarığı
  • Məsuliyyətlilik
  • İntizamlılıq
  • Nəticəyönümlülük
  • Analitik düşünmə qabiliyyəti 

İşin təsviri:

  • Xidmətlər Zərfinə daxil olmayan və tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısının və tariflərinin müəyyən edilməsində iştirak etmək;
  • Sığortaolunan hesab edilməyən şəxslərə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısının və tariflərinin müəyyən edilməsində iştirak etmək;
  • Xidmətlər Zərfinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək;
  • Xidmətlər Zərfinə daxil olmayan və əhaliyə və sığortaolunan hesab edilməyən şəxslərə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısını və tariflərini dövri olaraq reviziya etmək və optimallaşdırmaq üçün tibb müəssisələrinə sorğu göndərmək;
  • Tariflərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırma etmək;
  • Ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin sayının və çeşidinin artırılması, yaxud ödənişli tibbi xidmətlərin siyahıdan çıxarılması haqqında təkliflərin hazırlanmasında iştirak etmək;
  • Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuları araşdırmaq və cavablandırmaq;
  • Qanunvericiliyə uyğun olaraq şöbəyə daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və cavablandırmaq;
  • Aylıq, rüblük, illik hesabatların hazırlanmasında iştirak etmək;
  • Şöbənin fəaliyyəti ilə bağlı məsələlər üzrə yerli və beynəlxalq tədbirlərdə iştirak etmək;

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV elektron poçt ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Tibbi tariflər şöbəsi – Aparıcı məsləhətçi” qeyd olunmalıdır;
  • CV-lər 20 noyabr, 2024-cü il tarixinə qədər göndərilməlidir.

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Hiç yorum yok:

Yorum Gönder

Pages