SÜPÜRGƏÇİlər niyə incidilir??? Niyə haqları tapdalanır, əziyyət verilir???



SÜPÜRGƏÇİlər niyə incidilir??? Niyə haqları tapdalanır, əziyyət verilir???
Tarix boyu bir dövlətdə ixtişaşlar yaratmaq istəyənlər hər zaman aşağı təbəqənin sakinlərini dövlətdən narazı salmağa çalışırlar ki, çirkin planları həyata keçsin. Görəsən MKTİB-in elədiyi qanuna zidd hərəkətlər nə ilə əsaslanır. Bu SÜPÜRGƏÇİ xanımın dediklərini nə ilə əsaslandıracaqlar. Bəlkə də bu xanımın danışdıqları ümumu olanların 10%-ni əhatə edir. Hələ məzuniyyətdə ola ola işlədilmərdən, əlavə ərazi süpürtməklərdən,  bazar günü istirahət günü ola ola işə çıxardılıb işlədilməlırindən " hansı ki, həmin günə maiş yazılmır "hər gün ictimai tədbir görülməklərdən, həftə səkkiz mən doqquz " BRİQADİR"lərin ərazilərini süpürməklərdən və s. və iləaxırlardan danışmıyıb. Süpürgəçi haqsızlığa baş qaldıranda isə ya işdən çıxartmaqla ya DEPARTAMENT deyilən idarə ilə ya da ki, BRİQADİRİN hədə qorxusu ilə üzləşirlər. Gördüyünüz bu süpürgəçilər gecə saat 4-5 də işə çıxırlar. Bəzi ərazilərdə fasilələrlə bəzi ərzailərdə isə fasiləsiz yağışda, güclü küləkdə, istidə soyuqda ərazidə saxlayırlar. Allah eləməsin Bakıda hansısa dövlət tədbiri keçirilsin. Süpürgəçinin gözündə BRİQADİRİNDƏN tutmuş ərazi injinerləri DEPARTAMENTin adından hədə qorxu gəlib ip əyirirlər. Sözün əsl mənasında " at yerinə də işlədirlər eşşək yerinə də necə ki, bu Süpürgəçi xanım vidyoda dediyi kimi". ( Yazığın başına oyun açmasalar yaxşıdı ) Yazıq SÜPÜRGƏÇI öz yerini süpürüb qutardıqdan sonra "BRİQADİRLƏRİ" hər kəsi bir yerə toplayıb günortaya kimi sahibi məlum olmayan ərazilərdə İməclik təşkil edir süpürgəçi yolunu süpürəndən sonra gəlir orda da işləyir. Birdən elə bilərsiz ki, BRİQADİR də işləyir. Xeyir əslində BRİQADİRLƏR əli cibində simiçka çırtdıya çırtdıya göstəriş verirlər. Əslində bəzi yerlərdə bu BRİQADİRLƏRƏ  "əli cibində simiçka çırtdaya çırtdaya dövlət büdcəsini talayanlar " deyirlər. BRİQADİRİN süpürdüyü yerə 650 AzN əmək haqqı verirlərsə, süpürgəçinin süpürdüyü yerə isə 450 AzN. Nədi nədi Süpürgəçı BRİQADİRİN süpürdüyü ərazisindən iki dəfə artıq yer süpürdüyü üçün 450 AzN əmək haqqı alır. Ümumiyyətlə belə çıxır ki, MKTİB-lərə nəzarət mexanizmi yoxdu. SÜPÜRGƏÇİnin təminatı vaxtı vaxtında çatdırılırmı,bayramlarda yazılan "BAYRAM PUIIARI" süpürgəçiyə verilirmi, vaxtında süpürgəsi əlcəyi paltarı verilirmi, ərazisində istismara uğrayırmı, və.s ilə maraqlanmırlar deyə BRİQADİRLƏR ərazi injinerləri belə at oynadırlar. Əslində Əmək Müfətlişliyi ən azından üç aydan bir bu kimi idarələrdə yoxlama aparmalı, ərazilərdə süpürgəçiləri heç kəsin xəbəri olmadan izləməli onların iş prinsipi ilə maraqlanmalı əmək müqaviləsinə görə işlədilmələri ilə bağlı araşdırma aparmalıdırlar. Görəsən Əmək Müfəttişliyi bilirmi ki, bəzi MKTİB-də süpürgəçini ildə iki dəfə məcburi məzuniyyətə çıxardıb məzuniyyətdə ola ola işlədilmısindən, bazar günləri istirahət günü ola ola çıxardılıb işlədiləmələrindən xəbərləri varmı? Vidyoda deyildiyi kimi Allah eləməsin hər hansısa bir Süpürgəçinin başına bir iş gəlsin BRİQADİRİNDƏN tutmuş MKTİB-nin rəisinə kimi hamısı yaxasını çəkib qoyacaq qırağa ki, biz bu vaxtı deməmişdik çıxsın işə. Bir dəfə bir injinerə sual verirlər ki, gecə saat 4-5 arası Süpürgəçinin başına hər hansısa bir hadisə gələrsə necə olacaq? Cavabı isə çox sadə. Deyəciyik ki, iş saatı saat 7 də başlayır bizlik deyil. Bu hələ harasıdı ki?! Süpürgəçiyə daydaylıq edənlər belə var. ( istehza ilə gülüş)  Əslində qayda qanun qoyublar ki, bəs Süpürgəçilər səhər saat 07:30-a qədər ərazilərini süpürüb qutarsınlar. Demək sadə daydayı olmayan Süpürgəçilər beş on dəqiqə gecikərsə zəng edib ağzına gələni deyəcəklər, ancaq bu daydaylı süpürgəçiyə isə heç kəs heçnə demir. Onlar nə zaman qutararlar göz yumurlar. Ümumiyyətlə nəinki bu MKTİB-də hətta bəzi idarələrdə qurumlarda bu "göz yümma" prosesi hələ də davam edir. Əvvəllər süpürgəçiyə xidməti ev də verirdilər onu da ləğv etdilər. Ancaq süpürgəçinin başı üstündə ƏMR verənləri yoxlasalar ildə iki üç dəfə maşın dəyişirlər, ən yaxşı ərazilərdə evləri var, ən yaxşı yerlərdə istirahət edirlər. Soruşan da yoxdu ki, hardan necə? Heç biz də soruşmuruq maraqlanmırıq. Nəyimizə lazımdl. Biz burda "GÜNAH KEÇİSİ" axtarmırıq. Sadə dildə desək bilmək istərdik ki, SÜPÜRGƏÇİ kimdi? Niyə alçaldılır, niyə bu qədər incidilir ki, bu ana bu bacı sosial platformada belə od püskürdü. 
Hal hazır ki, durum nəzarətimiz altındadı mövzumu diqqətdə saxlayırıq.
Qarşı tərəfin də açıqlamalarını dinləməyə və dərc etməyə hazırıq.

Hiç yorum yok:

Yorum Gönder

Pages