16.11.2024-cü il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Xarxar kənd sakini Rüstəmov Vüqar Kamil oğlunun dördüncü ildönümü münasibətilə YAP Gədəbəy rayon təşkilatının əməkdaşı, Gədəbəy rayon RİH Başçısı aparatının məsul işçiləri, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev və kənd camaatının iştirakı ilə məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi böyük ehtiramla yad edildi.
Şəhid anası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!
Hiç yorum yok:
Yorum Gönder