Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, dəyərli ziyalı, xeyriyyəçi iş adamı, hörmətli həmyerlimiz Əsabil Qasımovun 69 yaşı tamam olur.
Hörmətli Əsabil Qasımovun həyatı və çoxşaxəli fəaliyyəti vətənə xidmət etmək nümunəsi olaraq bir örnəkdir. Onun həyat yolu Azərbaycan xalqına və dövlətinə şərəflə xidmət etmək nümunələri ilə zəngindir. Ömür boyu həmişə ləyaqətli, yüksək mənəviyyata malik bir ictimai-siyasi xadim, xeyirxah və uğurlu iş adamı kimi insanların dərin hörmət və ehtiramını qazanmışdır.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğu dövrdə Əsabil Qasımov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olaraq bir çox önəmli məsələlərə dair qanunların müzakirəsində və qəbul edilməsində, eləcə də parlamentlərarası işçi qruplarının və nümayəndə heyətlərinin işində yaxından iştirakı ilə Milli Məclisin fəaliyyətinə dəyərli töhfələr vermişdir. Hər zaman Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyərək, ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında yaxından iştirak etməklə xalqımıza və dövlətimizə əhəmiyyətli xidmətlər göstərmişdir.
Əsabil Qasımov İmişli rayonundan deputat seçildiyi vaxtlarda və hər bir zaman rayon əhalisinin sosial-iqtisadi qayğılarının, mənəvi problemlərinin həllinə yaxında kömək etmiş, respublikada olduğu kimi doğulduğu rayonda da böyük nüfuz qazanmışdır.
İmişli şəhərinin abadlaşdırılması, küçə və xiyabanların səliqəyə salınmasında əvəzsiz xidmətləri var. Onun maliyyə dəstəyi ilə İmişli rayon N.Abışov adına Qaralar kənd tam orta məktəbi üçün müasir tələblərə cavab verən yeni məktəb binası inşa edilmişdir. Habelə İmişli şəhər 5 saylı məktəb-liseyn binası əsaslı şəkildə təmir olunmuşdur.
Həyatı boyu fədakarlıqla Azərbaycanımızın inkişafı üçün əlindən gələni əsirgəməyən, xeyirxah əməlləri ilə tanınan dəyərli insan, nüfuzlu ictimai-siyasi xadim, vətənpərvər iş adamı Əsabil Qasımovun ölkəmizin inkişafı naminə sərf etdiyi mənalı ömrünün 69-cu ildönümü Azərbaycanın tarixi bayramları - Zəfər Günü, Bayraq Gününə təsadüf etdiyi bir vaxtda onun ürəkdən, səmimi qəlbdən təbrik edir, şərəfli fəaliyyətində uğurlar və ən şirin nemət olan can sağlığı arzulayırıq!
Hörmətlə,
İmişli rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri Saleh Səmədov
Hiç yorum yok:
Yorum Gönder