Qərb Gürcüstanla bağlı hərəkətə keçdi – Tbilisidə ya inqilab olacaq, ya da…



Xəbər verdiyimiz kimi oktyabrın 26-da “Gürcüstan Arzusu – Demokratik Gürcüstan” partiyası parlament seçkilərində qalib gəldi. Bunun ardınca bir sıra ölkələr Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni qalibiyyət səbəbi ilə təbrik etdi. Lakin ölkə daxilində, eləcə də xaricində bir çox qüvvələr bu qələbəni tanımadıqlarını, eləcə də seçki prosesində saxtakarlıqların olduğunu bildirdilər. Hakim “Gürcü Arzusu” partiyası isə ayrı-ayrı qanun pozuntuları olsa da, seçkinin nəticəsinə təsir edəcək səviyyədə olmadığını qeyd etdi. Ardınca isə Almaniya, Kanada, Estoniya, İrlandiya, İtaliya, Latviya, Litva, Polşa, İsveç və Ukrayna hökumətləri Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı birgə bəyanatla çıxış edərək nəticələri tanımadıqlarını açıqlayıblar.

“Gürcü Arzusu” partiyasını seçkidə qələbə münasibəti ilə hansı ölkə, parlament rəhbəri təbrik edib? 

Bakmiltv.info-nın apardığı araşdırmalara görə, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni qazandığı uğura görə təbrik edənlər arasındadır.

Siyahıda Azərbaycan Baş nazir Əli Əsədov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Macarıstanın Baş naziri Viktor Orban, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto, eləcə də Ermənistan Baş naziri Nikol Paşinyan var.

Amma hələ də ABŞ və Avropa Birliyi seçkidə iştirak edən tərəflərdən heç birini təbrik etməyib. ABŞ dövlət katibi Entoni Blinken və Avropa Birliyi komissarı Cozef Borelin açıqlamalarında seçkilərin nəticələrini tanımaqla bağlı hələ də birmənalı fikir yoxdur.

04 noyabr 2024-cü il. Tbilisidə müxalif partiyalar parlamentin qarşısında etiraz aksiyası keçirir

Heç bir siyasi qüvvə də qalib kimi təbrik edilməyib. Bu isə Qərblə Gürcüstan arasında ciddi fikir ayrılığının olmasına dəlalət edir. Vaşinqton və Brüssel nəyi gözləyir? “Gürcü Arzusu”nun qələbəsini tanımamaqla Tbilisini çıxılmaz durumda qoymağı hesablayıblar? Seçkinin nəticələri legitim elan edilərsə, bu, Gürcüstan müxalifətinin cəsarətlənməsinə, yenidən təşkilatlanmasına gətirib çıxaracaq.

Əslində bunun əlamətləri ortadadır. Müxalifət seçki günü və ondan sonrakı günlərdə etiraz aksiyaları keçirib. Bu aksiyalar Gürcüstan prezidenti Zurabaşvili liderlik edib.

Noyabrın 4-də isə Tbilisidə aksiyalara start verilib. Mitinq bu gün 19:00-da parlament binasının qarşısında başlayıb. Aksiya öncəsi müxalifət liderləri Lelo Partiyasının ofisində konsultasiyalar üçün toplaşıblar.

Qərbin təsir dairəsindəki siyasi qüvvələr yenidən ayaqlanıb. İndi əsas sual bundan ibarətdir ki, Tbilisi keçirilən aksiyalar Gürcüstanda hansı siyasi dəyişikliyə səbəb olacaq? İnqilab baş verəcək, təkrar seçki keçiriləcək? Bu sualların cavabı yaxın günlərdə yəqin ki, bilinər.

Hiç yorum yok:

Yorum Gönder

Pages