Bir gün dünyaya gələn insan bir gün də onu tərk edir. Bu iki gün arasındakı ömür payında onun gördüyü işlər, əməllər, dediyi sözlər, düşündüyü fikirlər, iştirak etdiyi hadisələr insanların yaddaşında xoş xatirə kimi qalır. Elə insanlar vardır kı, onlar haqqında xatirələr insanların qəlbinə təsir edir və nəticədə göz yaşlarına səbəb olur. Belə insanlardan biri də Azərbaycan Respubilkasının Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının həyatında öz dəsti-xətti və xüsusi xidmətləri olmuş, yüksək peşəkarlığı, işgüzarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, səmimiyyəti,iradi, mənəvi keyfiyyətləri,təvazökarlığı,böyük idarəçilik, təşkilatçılıq bacarığı ilə seçilən və ömrünün ən məhsuldar dövrünü SSRİ Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının DİN-in Daxili Qoşunlarında keçirmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı olmuş polkovnik Əliyev Kərəm Mehdi oğlu idi.
Polkovnik Kərəm Əliyev 1947-ci ilin may ayının 7-də Azərbaycan Respublikasının Qazax rayonunun Daş Salahlı kəndində zəhmətkeş ailədə anadan olmuş, 2005-ci ilin oktyabr ayının 12-də Bakı şəhərində qəflətən vəfat etmiş və doğulduğu kəndin qəbiristanlığında dəfn olunmuşdur.
Əhətəsində olan insanların, döyüşçü və iş yoldaşlarının hörmətini qazanan, ictimai işlərdə fədakarlıq göstərən, dostlarına, iş yoldaşlarına,yaxınlarına,isti münasibətdə olmuş Kərəm Əliyev Daş Salahlı kənd orta məktəbini və Azərbaycan Dövlət Neft-Kimya İnstitutunu bitirmişdir .
Əsl vətəndaşlıq mövqeyi ilə seçilən, xeyirxah və ziyalı insan, ictimayət və kənd camaatı arasında özünə layıq hörmət qazanmış Kərərm Əliyev Azərbaycan Dövlət Neft-Kimya İnstitutunu bitirdikdən sonra 1992-cı ilin yanvar ayına kimi Rusiyanın Odessa və Saxilin vilayətlərində, Komçatka diyarında, Monqolustan və Moldova respublikalarında yerləşən SRRİ Müdafiə Nazirliyinin və SRRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin (alayının, briqadanın və diviziyanın) birində kimya xidməti rəisi vəzifələrində çalışmışdır.
Heç kəsi incitməyən, xoş rəftarı və şirin dili ilə hamıya doğmalıq münasibəti yaradan Kərəm Əliyev 1992-2005-ci illərdə DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin Döyüş hazırlığı idarəsində və Daxili Qoşunların Qərargahında kimya xidməti rəisi vəzifəsində Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir. Bundan əlavə o, Daxili Qoşunların Baş İdarəsinin Döyüş hazırlığı idarəsində xidmət etdiyi illər ərzində Döyüş hazırlığı idarəsinin rəisi və Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən hərbi hissənin komandiri vəzifələrini müvəqqəti icra etmişdir.
Dövlətçiliyimizin möhkəmləndirilməsi ücün var qüvvəsi ilə, yorulmadan calışan Kərəm Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində erməni təcavüzkarlarına qarşı, aparılan döyüş əməliyyatları zamanı dəfələrlə döyüş tapşırıqlarını yerinə yetirmiş, özünü bir peşəkar və təcrübəli baş zabit kimi doğrultmuşdur.
Kərəm Əliyev Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin, Daxili Qoşunların Bas İdarəsinin Kimya xidməti üzrə əsasnamə və təlimatların tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər ucun şəxsi nümunə olmuşdur.
Harada işləməsindən,hansı vəzifəni tutmasından asılı olmayaraq,öz işinə məsuliyyət hissi ilə yanaşmış polkovnik Kərəm Əliyev DİN-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində bir çox yekun yoxlama, buraxılış imtahanı, kompleks və məqsədli qrupların rəhbəri və üzvü olarkən səmərəli fəaliyyəti, təşkilatçılıq bacarığı və intellektual səviyyəsi ilə daima Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanlığının diqqət mərkəzində olmuşdur.
Kərəm Əliyev müasir tələblərə uyğun Daxili Qoşunlarının Baş İdarəsində, hərbi hissələrində və əlahiddə bölmələrdə kimya xidməti üzrə maddi-texniki tədris bazaların, təlim şəhərciklərin, hüquqi-normativ sənədlərin (aktların), tədris proqlamlarının, dərs vəsaitlərin (kitabların), ixtisas hazırlığı üzrə isə peşəkar və təcrübəli zabitlərin, gizirlərin və kicik mütəxəssislərin hazırlanmasında, eləcə də Daxili Qoşunlarının Baş İdarəsinin və hərbi hissələrin lazımı avadanlıqlarla, fərdi mühafizə və xüsusi vasitələrlə təmin edilməsində böyük xidmətləri olmuşdur.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai-siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə ”Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 42-ci maddəsinin tələbinə əsasən Kərəm Əliyevə tutduğu vəzifə müqabilində nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yuxarı “polkovnik” hərbi rütbəsi verilmişdir.
O, öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə SSRİ Müdafiə nazirinin, SRRİ Daxili İşlər nazirinin, Azərbaycan Respublikasının Daxili İşlər nazirinin, SRRİ və Azərbaycan Respublikasının Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin, diviziya və hərbi hissə komandirlərinin müvafıq əmrləri ilə əlaçı və yubiley Döş Nişanları ilə, Fəxri Fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılmış və ona təşəkkür elan olunmuşdur.
Kərəm Əliyev Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi-tədbirlərin keçirilməsi yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərin həyata keçirilməsində, silahlı dəstələrin zərərsizləşdirilməsində, cinayətkarlığa və terrorizmə qarşı mübarizdə,dövlətin ərazi bütövlüyünün təmin edilməsində, döyuş və xüsusi əməliyyatlarda üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
K.Əliyev xidməti vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə və digər xidmətlərinə görə SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidentini adından SRRİ Müdafiə və Daxili İşlər Nazirlərinin, Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1."Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı" medalı ilə;
2.”SSRİ Silahlı Qüvvələrinin 60- illiyi (1918-1978)” yubiley medalı ilə;
3.” SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918- 1988)” yubiley medalı ilə;
4."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin "10 illiyi (1991 - 2001)” yubiley medalı ilə;
5.“Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
6."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə.
7.”Qusursuz xidmətə görə 1-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
Heyif ki,biz 2005-ci ilin oktyabr ayının 12-də Kərəm Əliyevi itirdik.Lakin o, qəlblərdə yaşayır və yaşayacaq.
Allah rəhmət eləsin,ruhun şad olsun əziz qardaşımız!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder