Baş nazir Nikol Paşinyanın ötən gün parlamentdə verdiyi bəyanatlar Ermənistan Respublikasının buraxıldığını və Müstəqillik Bəyannaməsinin ləğvini elan etmək demək idi.
Moderator.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Past” qəzetinin məqaləsində qeyd olunub.
Nəşr yazır ki, bəyannamənin rədd edilməsi açıq şəkildə Bakının tələbinin qəbul olunduğu mənasına gəlir:
“Paşinyan son illərdə bəyannaməni dəfələrlə oxuduğunu və bu sənədin Ermənistanın mövcudluğunu şübhə altına aldığını dedi. O, bunu ermənilərin ən böyük problemi və faciəsi adlandırıb. Yəni baş nazir Ermənistan Konstitusiyasında bəyannamənin preambulasına istinadı silməyə çalışacaq, qərarı artıq verib. Bu, açıq şəkildə Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini yerinə yetirməkdir. Beləliklə, ötən gün Paşinyan sözügedən tələbi qəbul etdiyini açıqlamış oldu”.
Qeyd edək ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün ölkəmizə qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini irəli sürüb.
Hiç yorum yok:
Yorum Gönder