Bəzən bunu cütlüyün xasiyyətlərinin uyğun gəlməməsi və ya digər hallarla izah edirlər. Amma digər amillərdə var. Son vaxtlar ölkəmizdə sosial yardım almaq fikrilə boşanan cütlüklərin sayı yetərincədir. Həmin cütlüklər qərara gəlirlər ki, rəsmi nigahmızı pozduraq sosial yardım alandan sonra yenidən rəsmi nigaha girərik. Belə fikirlə boşananların çoxunun rəsmi nigahdan iki ya üç və ya daha çox övladları olur. Nigahı pozulan cütlüklər əvvəlcədən qərara gəlirlər ki, rəsmi nigahımız pozulandan sonra yenədə bir yerdə yaşayarıq.(Güya dövlət qanunu bu fikili savadsız cütlüklər qədər bilmir)Bəli onlar məhkəməyə müraciət edirlər. Məhkəmə vaxt verir güya bunlarda birgə yaşayış alınmadığından onların boşanma qərarları mütləqdir. Və bu fikirli cütlüklər rəsmi qaydada boşanırlar. Bundan sonra cütlüyün xanımı sosial yardım almaq üçün yaşadığı ərazi üzrə D.S.M.F-na müraciət edir onun müraciəti qəbul olunmayanda sonra həngamə və bəyin qara günü başlayır başlayır. Evdə söz söhbət dava dalaş. Bir müddət sonra xanım ayrılmaq qərarı ilə ya ata evinə gedir, yada ərini evdən qovur.Bir müddət keçəndən sonra qadın övladlarına aliment almaq qərarına gəlir və məhkəməyə müraciət edir.Məhkəmə binəva əri məhkəməyə dəvət edir məhkəmə qurulur və ər hər uşağa ayda müəyyən qədər aliment ödəməsi barədə qərar qəbul edir. İşi gücü olmayan ata çarəsiz qalır heç yerdə iş tapıb məhkəmə qərarı ilə müəyyən edilmiş məbləği ödəyə bilmir. Məhkəmə ilk vaxtlar ata barədə günlük (sutka) həbs qərarı verir, günlük müddət bitdikdən sonra yenə ata ödəniş edə bilmir. Və nəhayət binəva ata barədə müvafiq maddə ilə cinayət işi başlayır ər türməyə arvad isə kefinə gedir: ortada zülm çəkən isə övlad(lar) olur. Bu gün ölkədə pis yolda, pis vərdişdə olan uşaqların əksəriyyəti həmin cütlüklərin övladlarıdır. Bəs bütün bunları dövlət qanunları ilə qərar qəbul edən hüquq müafizə orqanları niyə nəzərə almır və ya bu işə dövlətin müvafiq orqanları niyə nəzarət etmir. Axı bu gələcəymiz üçün böyük təhlükə və faciədir
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder