Ölkəmiz dünyaya həmrəylik təklif edir.




Azərbaycan Respublikasının Polis və Müharibə Veteranı- istefada olan polis polkovniki İlham Babayev 


Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin “X” sosial şəbəkəsindəki hesabında COP29-la bağlı paylaşımı diqqətimi çəkdi: “İstəyirəm, ölkəmiz və övladlarımız gələcək nəsillər üçün layiq olduqları təhlükəsizlik və sabitlikdə yaşasınlar”. 
Bu normal düşüncənin, sabit baxışların dəyərləndirməsidir. Bu beynəlxalq tədbir geniş anlamda məhz gələcəyimizi təhdid edən təbii fəlakətlərin, bu gün qarşısı alına bilinən təhdidlərin çözülməsi, aradan qaldırılması, planetin flora və faunasını qorumaqla dünyaya, ətraf mühitə humanist münasibətin formalaşmasına, bu məqsədlə xalqlar arasında sülhə, sabitliyə, əməkdaşlığa xidmət edir. Yəni bu çağırış müharibə tərəfdarlarının istəkləri ilə daban-dabana ziddiyyət təşkil edir. 
Təəssüf ki, dünyada hələ də neokolonial siyasət yürüdən, müstəmləkəçiliyi, separatizmi dəstəkləyən, öz rifahını başqa xalqların fəlakəti üzərində quran Avropa dövlətləri də var. Onları isə dünyanın rifahı düşündürməz...
COP29-un Bakıda təşkili ölkəmizi dünyanın diqqət mərkəzinə çəkməklə həm də Azərbaycan həqiqətlərinin daha gur səslə, daha aydın tərzdə dünyaya elan olunmasına, dünyanın bizi daha yaxından tanımasına etibarlı zəmin yaradır.
Noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda keçirilən konfransda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dediyi bu fikirlər dünyaya önəmli mesajdır: "Azərbaycan COP29-a ev sahibliyi etmək öhdəliyini üzərinə götürməklə, Qlobal Cənub və Qlobal Şimal, eləcə də inkişaf etmiş və inkişaf edən ölkələr arasında körpülər salmağa çalışır. Məqsədimiz bu məsələnin həllinə verdiyimiz töhfəni ortaq gələcəyə verəcəyimiz töhfəyə çevirməkdən ibarətdir. Bununla belə, bəzi hallarda dəstək vermək və konstruktiv dialoq aparmaq əvəzinə, biz çoxsaylı qərb mətbuatında böhtan və qarayaxma kampaniyalarının hədəfinə çevrilmişik”. Sərgilənən bu neqativlərin isə Azərbaycanın haqq işinə təsir etməyəcəyini Birinci vitse -prezident çıxışının sonunda belə ifadə edib: "Mən bütün iştirakçılara üz tutaraq istəyirəm onlar yadda saxlasınlar ki, COP29 siyasi hücumlar arenası deyil. O, iqlim böhranı qarşısında hamımızın birləşdiyi məkandır.
Yalnız ədalətli əməkdaşlıq və real tədbirlərə hazırlıq bizi uğura aparacaq”

Hiç yorum yok:

Yorum Gönder

Pages