Bakı metrosunun "Nəriman Nərimanov" stansiyasında sərnişinlər qatardan düşürdülüb.
Bakmiltv.info xəbər verir ki, bu barədə oxu.az-a sərnişinlər məlumat veriblər.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə sorğu ünvanlanıb.
Sorğumuza cavab olaraq qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hadisəyə səbəb metronun "Gənclik" stansiyasında qatar stansiyanı tərk edərkən sərnişinlərdən birinin yanıq qoxusunun gəldiyini bildirməsi olub:
Bununla belə, ehtiyat və sərnişinin məlumatını yoxlamaq üçün qatara əlavə baxış keçirilib. Hər hansı bir problem müəyyən olunmayıb".
Hiç yorum yok:
Yorum Gönder