Noyabrın 13- də COP 29 çərçivəsində




Azərbaycan Respublikasının Polis və Müharibə Veteranı-istefada olan polis polkovniki İlham Babayev 


 Noyabrın 13-də Bakıda COP 29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində Azərbaycan Prezidenti İlham Əliyev  iştirak etdi. Maşallah olsun, əsl Müzəffər Ali Baş Komandana layiq məğrur yerişlə tribunaya yaxınlaşaraq mövzu üzrə konkret faktlara, rəqəmlərə dayanan çox məzmunlu, səlis, kifayət qədər də sərt çıxış etdi. 
Qürurumdan ürəyim dağa dönmüşdü.
Yaddaşımda yara açan yaşadıqlarıma qayıtdım.
1988-ci ilin fevralın əvvəlindən erməni separatizminin ideoloji diversiyaları, ardınca qanlı terrorlar, çox çəkmədən soyqırımlar törətməyə başladılar. Səsimizi duyan, eşidən kimsə yox idi. Ölkə rəhbərlərindən biri yaranmış durumu ətraflı izah etmirdi. Tribunalarda kürsü davası gedirdi. Bir xarici mətbuat haqq söz danışmırdı. Hələ baş verənlərdə yersiz-yersiz bizi ittiham edirdilər. Bunlar torpaqlarımızın ilhaq edilməsi üçün addım-addım görülən tədbirlər idi. Yalandan, böhtandan təngə gəldiyimiz zaman kəsimi ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdana qədər davam etdi. Düzdü, qərb dairələri, yaxın-uzaq ölkələr öz qərəzlərindən əl çəkməyib, nifrət püskürməkdə davam etsələr də, artıq onların əməlləri adamı çox da yandırıb-tökmürdü. Çünki ulu öndər bir çıxışındakı həmlədə onların aylarla-illərlə toxuyub-hördükləri yalanları, böhtanları darmadağın edirdi.  
Siyasi arena təlatümlər meydanı olsa da, artıq neçə illərdir ki, dünya liderləri saatlarını cənab İlham Əliyevin saatı ilə düzəltməyə məcburdurlar. 
Bəzi ağzıgöyçəklər, hələ də nə baş verdiyini anlamaqda aciz qalanlar  Makronun bu tədbirə gəlmədiyini önə çəkirlər. Yüz illərlə işğal altında saxladığı ölkələrdə milyonlarla dinc sakinləri qətlə yetirən, həmin ölkələrin təbii sərvətlərini mənimsəyən, əhalisini kölə vəziyyətində saxlayan, yüzlərlə nüvə sınaqları keçirib, iqlimi, təbitəti məhv edən bir dövlətin dəyişməyən siyasətinin təmsilçisinin səfərinin nə əhəmiyyəti var ki?! Separatizmi, revanşizmi dəstəkləməklə xalqlar arasında müharibə törətməklə regiona nüfuz etməyi düşünən birisinin guya gəlib burda tövbə edəcəyinə, dünyanın xilasına çalışmağını vəd edəcəyinə kimsə inanacaq qədər sadəlövh deyil. Makronun "şah" əsəri Ukrayna xarabalıqları, bu il Yeni Kaledoniyada kanakların legitim etiraz aksiyasında törətdiyi kütləvi qətliamlar, Martinika və Qvadelupada kütləvi repressiyaladır, erməni revanşizmini körükləməsidir. 
Bu tədbirin ölkəmizdə keçirilməsi qərarı da təsadüfi verilməyib, illərlə  innovativ layihələrin tətbiq olunmasının nəticəsidir. İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub. Azad edilən torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritet elan olunmaqla həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ  yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.  
COP29-un Bakıda keçirilməsi beynəlxalq birliyin ölkəmizə verdiyi önəm və Azərbaycanın bir dövlət olaraq siyasi nüfuzunun göstəricisidir. Bu tədbirə 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçı qatılıb, onların arasında 80 prezident, vitse-prezident və Baş nazir var.  Əsas odur ki, dünyanın haqq səsi Bakıdan yayılır, planetin istənilən kabinetində oturanlar bu müzakirələri dinləyirm və deyilənlərlə də hesablaşmaq məcburiyyətindədirlər.
Zəfər savaşında uydurduqları şər-böhtanların işə yaramadığını görüb hədələrə keçib əvəzində daha sərt cavab alanlar həqiqətlə barışmalıdırlar. Azərbaycan 44 gün davam edən Vətən müharibəsində  öz suverenliyini, ərazi bütövlüyünü təmin etdi, COP29 tədbiri isə dünyanın fəlakət astanasından dönməsi, gələcəyin xilası üçün verdiyi mücadilədir.  

Hiç yorum yok:

Yorum Gönder

Pages