Nigeriyada 70 terrorçu məhv edilib



Nigeriya Hərbi Hava Qüvvələri ölkənin şimal-şərqində əməliyyat keçirərək radikal qruplaşmaların 70-dən çox yaraqlısını bir gün ərzində məhv edib.

“Bakmiltv.info” yerli NAN xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyinin media üzrə direktoru general-mayor Edvard Buba paytaxt Abucada keçirilmiş brifinqdə bildirib.

“Borno ştatında Kvallaram və Araina-Siki adalarında terrorçuların mövqelərinə zərbələr endirilib, 70-dən çox döyüşçü öldürülüb”, – o qeyd edib.

Müdafiə idarəsinin nümayəndəsi diqqətə çatdırıb ki, Nigeriya Silahlı Qüvvələrinin döyüşçüləri məhv etmək üçün göstərdiyi səylər “nəticə verir”.

“Son vaxtlar ekstremist qruplaşmalar şəxsi heyət çatışmazlığından əziyyət çəkir və sosial şəbəkələrdə təbliğat işlərini gücləndirməklə yeni üzvlər cəlb etməyə çalışırlar”, – o vurğulayıb.

Hiç yorum yok:

Yorum Gönder

Pages