Narinin məhkəmə prosesinin gedişatını dəyişə biləcək "dişləmə izi" sirri! Mütəxəssisdən açıqlama



Türkiyə aylardır Narin Güran cinayəti ilə bağlı məhkəmənin gedişatını yaxından izləyir. Araşdırma çərçivəsində Narinin həbsdə olan qardaşı Enes Güranın üzərindəki yaralarla bağlı diqqətçəkən görüntülər paylaşılıb.

Oxu.Az-ın CNN-ə (Türk) istinadla verdiyi məlumata görə, bununla bağlı Məhkəmə Tibbi araşdırmaları mətbuata yayılıb.

Narin Güranın ölümündən sonra şübhəli olaraq saxlanılan Enes Güranın qolundakı dişləmə izi istintaqın ən çox müzakirə olunan detallarından biri olub. Həmin vaxt Enes Güranın qolundakı (21-24 avqust arasında yarandığı ehtimal edilən) dişləmə izlərinin Narinə aid ola biləcəyi ehtimal edilib. Enes Güran və anası Yüksel Gürana aid tibbi sənədlər, ağız-diş ölçü modelləri və qəlibləri, foto, video və qrafiklər avqustun 25-də Məhkəmə Tibbi 2-ci İxtisas Şurası tərəfindən araşdırılıb.

Aparılan araşdırmanın nəticəsinə görə hazırlanan hesabatda Enes Güranın qolundakı dişləmə yerinin Yüksel Gürana, Narin Gürana, yoxsa özünə məxsus olduğu barədə dəqiq ayırd etməyin qeyri-mümkünlüyü qeyd olunub. Ancaq Enes Güran bu dişləmə izinin özünə aid olduğunu iddia edib.

İstanbul Universitetinin Tibb fakültəsinin müəllimi Nevzat Alkan bu yaralarla bağlı danışıb.

Professorun sözlərinə görə, dişləmə izlərinin ölçüləri aparılsa da, uşağa, yoxsa böyüyə aid olduğunu müəyyən etmək mümkün olmayıb.

"Bu səbəbdən vacib bir dəlil dəyərləndirilmədən itmiş oldu. Çünki dişləmənin kimə aid olduğunun müəyyən edilməsi hadisənin aydınlaşdırılması baxımından zəruri idi".

Həmçinin Enes Güranın gözündəki cızıqlar da diqqət çəkib.

"Gözün alt hissəsində dırnaq izinə bənzər cızıqlar görünür. Göz içində qanaxma var, bu, gözün zərbə aldığını göstərir. Enes Güran bunun qarğıdalı qıçasının çarpması nəticəsində yarandığını iddia edib".

Mütəxəssis bu dəlillərin yenidən dəyərləndirilməsinin mümkünsüz olduğunu vurğulayıb.

Xatırladaq ki, Diyarbəkirin Bağlar rayonunun Tavşantepe məhəlləsində avqustun 21-də itkin düşən 8 yaşlı Narin Güranın cansız bədəni 19 gün sonra - sentyabrın 8-də Eğertutmaz çayında tapılmışdı.

Diyarbəkir Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırma çərçivəsində saxlanılan 23 şübhəlidən Salim (əmi), Yüksel (ana) və Enes (qardaş) Güranlar, eləcə də qonşuları Nevzat Bahtiyar da olmaqla 12 nəfər həbs edilib. Diyarbəkir Ağır Cəza Məhkəməsində noyabrın 7-də başlayan proses, təqsirləndirilən şəxslərin ifadələrindən sonra dekabrın 26-na təxirə salınıb

Hiç yorum yok:

Yorum Gönder

Pages