Hərb tarixinin keçmişinə səyahət etsək Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ən vacib tədbirlərindən biri ordu quruculuğu idi. İlk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyun ayının 19-da respublika ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da isə Müsəlman korpusu "Əlahiddə Azərbaycan korpusu" adlandırıldı, bununla da Cümhuriyyət ordusunun əsası qoyuldu.
Xosrov Sultanov hərbi nazir təyin olundu.Noyabr ayının 1-də hərbi nazirlik yaradıldı. Baş nazir F.Xoyski hərbi nazir, general S.Mehmandarov onun müavini təyin edildi. Hərbi kadrlar hazırlamaq məqsədilə Gəncədə hərbi məktəb təşkil edildi. Şuşa şəhərində hərbi feldşer məktəbi açıldı.
Milli ordunun yaradılmasında qardaş Türkiyənin müstəsna köməyi olmuşdur. Nuru Paşanın komandanlığı altında Azərbaycana gəlmiş "Qafqaz İslam ordusu" milli hərbi kadrların yetişdirilməsinə yaxından kömək etmişdi.
1918-ci il dekabr ayının 25-də general S.Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman bəy Sulkeviç baş qərargah rəisi təyin edildilər. Hökumət 1919-cu ildə 25 min nəfərlik ordu yaratmaq vəzifəsini irəli sürdü. Hərbi qulluqçuların geyim formasının milli üslubda hazırlanması döyüşçülərin milli ruhunun gücləndirilməsində əhəmiyyətli addım oldu.
Türk zabitlərinin köməyi ilə Gəncədə hərbi praporşik məktəb yaradıldı.1918-ci il oktyabr ayının 27-də Bakıda üç hərbi məktəb yaratmaq məqsədilə hərbi nazirliyin sərəncamına 50 min manat vəsait ayrıldı.
1919-cu ilin ortalarında milli ordu dirçəldi,Zəngəzura soxulmuş erməni quldur dəstələrinə, bolşevik tör-töküntülərini Muğanda yaratdıqları qondarma “sovet respublikasının” qüvvələrinə qarşı uğurlu döyüşlər apardı.1919-cu ilin avqustu 12-də Lənkəran şəhəri azad edildi və Muğan Sovet Respublika ləğv olundu. Azərbaycan ordusu 1920-ci ilin mart ayınd Qarabağda erməni qiyamının yatırılmasında, Qazax qəzasın soxulmuş daşnak dəstələrinin hücumunun dəf edilməsində də gücünü göstərdi. Əsgəran döyüşündə və Qazaxdakı hərbi əməliyyatlarda daşnak dəstələri tamamilə darmadağın edildilər.
Azərbaycanın dəniz sərhədlərinin qorunması üçün hərbi donanmanın yaradılması da vacib idi. Bu məqsədlə 1919-cu ilin yayında Azərbaycan Xəzər Donanması yaradıldı.
Milli hökumət hərbi donanmanın möhkəmləndirilməsi üçün bir sıra tədbirlər gördü. Xarici dövlətlərlə bağlanmış müqavilələrə əsasən donanma üçün hərbi texnika, texniki qurğular və s. əldə edildi.
Milli ordunun və hərbi donanmanın formalaşması prosesi 1920-ci ilin əvvəlləri üçün başa çatdırıldı. 40 min nəfərlik nizami ordu yaradıldı. Onun 30 mini piyada, 10 mini isə süvari qoşun idi.
1941-ci ildə dünya yeni bir dəhşətlə qarşılaşdı. Hitler Almaniyasının Sovet dövlətinə qarşı müharibəsi bütövlükdə bəşəriyyət üçün tarixdə görünməmiş fəlakətlərin başlanğıcı oldu. Qeyd etmək lazımdır ki, II Dünya müharibəsi öz miqyasına və qəddarlığına görə Yer üzərində olan müharibələrin hamısını kölgədə qoymuşdur. Bu müharibədə 61 dövlət, 1 milyard 700 milyon adam iştirak edirdi. Müharibənin qurtarmasına 4 ilə yaxın bir müddət, 1418 gecə və gündüz lazım olmuşdur.
Digər xalqlarla yanaşı, Azərbaycan xalqı da təkcə canlı qüvvəsi ilə deyil, həm də təbii ehtiyatları, elmi potensialı ilə faşizmə qarşı mübarizəyə qoşulmuşdu. Faşizmə qarşı 700 min azərbaycanlı II Dünya müharibəsi cəbhələrində iştirak etmiş, bunlardan 300 min nəfəri cəbhələrdə həlak olmuşdur. Azərbaycanda yaradılmış, müharibə tarixində özünə əbədi şöhrət qazandırmış 223, 416, 402 və 77-ci atıcı diviziyalar Moskvadan, Stalinqrad və Qafqazdan başlayaraq Berlinə qədər böyük döyüş yolu keçmişdir.
Azərbaycandan olan 15 millətin 130 nəfər nümayəndəsi bu illərdə Sovet İttifaqı Qəhrəmanı yüksək adına layiq görülmüş, bu döyüşlərdə H.Aslanov, M.Hüseynzadə, İ.Məmmədov, G.Əsədov, Q.Məmmədov, Z.Bünyadov və başqaları Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, H.Aslanov isə bu fəxri adı iki dəfə almışdır, on minlərlə azərbaycanlı bu döyüşlərdə müxtəlif orden və medallarla təltif olunmuşdur.
Xalqımızın bütün bu qəhrəman keçmişi Azərbaycan dövlətinin hərb tarixinə silinməz hərflərlə yazılmış və gələcək nəsillərin bu şanlı tarixi öyrənmələri üçün bir həyat məktəbi rolunu oynamaqdadır. Yetmiş illik bir tarixi dövrdən sonra SSRİ adlanan böyük bir dövlətin 1991-cı illərdə dağılması müstəqi l Azərbaycan dövlətinin yaranması ilə nəticələndi.
Azərbaycanda mövcud olan demokratik qüvvələrin təzyiqi 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin təşkil edilməsi, oktyabrın 9-da isə Azərbaycan Respublikası silahlı qüvvələri haqqında qanunun qəbul edilməsi ilə nəticələndi. Noyabrın 19-da 22 rayon və şəhərdə özünümüdafiə batalyonlarının yaradılması qərara alındı.
Ölkədə ordu quruculuğu prosesi davam etməkdə idi. Fevralın 20-də Azərbaycan aviaeskadrilyası yaradıldı. Həmin gün Hərbi hava qüvvələri günü elan edildi. Keçmiş SSRİ-nin Xəzər donanmasının qüvvə VƏ vəsaitinin 25 faizi Azərbaycan Respublikasının sərəncamına keçdi.
1992-ci ilin yay aylarında Azərbaycan ordusu bir sıra müvəffəqiyyətlər əldə etdi. İyul-avqust aylarında Ağdərə rayonu azad olundu. Goranboyun düşmən tərəfindən tutulmuş torpaqları geri alındı. Avqustun əvvəllərində Ermənistanın Azərbaycan (Gədəbəy rayonunda) ərazisindəki anklavı-Başkənd düşməndən təmizləndi.
1992-ci ilin sonları-1993-cü ilin əvvəllərində Azərbaycan Silahlı qüvvələri ağır döyüşlərə girməli oldu və bir sıra uğursuzluqlarla üzləşdi. 1993-cü il fevralın əvvəllərində ermənilər Rusiyanın 7-ci ordusunun 128-ci motoatıcı alayının muzdluların, əsasən də kazakların iştirakı ilə Ağdərə bölgəsinə hücuma keçdilər. Hücuma məruz qalan Kəlbəcər aprelin 3-də işğal olundu. Minlərlə adam əsir alındı və görünməmiş vəhşiliklərə məruz qaldı.
Respublikadakı siyasi böhran, Gəncədə hərbi qiyamı və ən əsası, ermənilərin cəzasız qalması düşmənə iyun ayının əvvəllərində güclü hücuma keçməyə imkan verdi. İyul ayında Ağdam, avqustda Cəbrayıl, Füzuli, Qubadlı, oktyabrın sonlarında isə Zəngilan rayonları işğala məruz qaldı.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında respublikanın rəhbərliyinə qayıdışı ordu quruculuğunda da ciddi nəticələrə gətirib çıxardı. Güclü nizami ordu yaradılması prosesi başladı. 1993-cü il noyabrın 2-də Heydər Əliyev televiziya və radio ilə müraciət edərək xalqı düşmənə qarşı birləşməyə və mübarizəyə qalxmağa səslədi. Xalq öz rəhbərinin çağırışına səs verdi.
1993-cü ilin noyabrında Ali Sovet "Müdafiə haqqında" qanun qəbul etdi. Prezident şəxsən cəbhə bölgələrində olub konkret tədbirlər müəyyənləşdirdi. Dekabrın ortalarında Azərbaycan əsgərləri Beyləqan istiqamətində böyük qəhrəmanlıq nümayiş etdirdilər. Akif Xanəliyev bir döyüşdə 50-yə qədər düşmən əsgərini məhv etdi, Etibar İsmayılov döyüşçü yoldaşlarını xilas edərək özünü düşmən tankının altına atdı və onu partlatdı. Ölümündən sonra o, "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü.
Dağlıq Qarabağ münaqişəsinin gedişində təkcə azərbaycanlılar deyil, digər millətlərdən olan bir çox Azərbaycan vətəndaşı da qəhrəmanlıq göstərmişdir. Onların arasından ölümlərindən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüş İsgəndər Aznaurovun, Yuri Kovalyovun, Albert Aqarunovun və başqalarının adlarını çəkmək olar.
1994-cü il yanvarın 5-də Azərbaycan Ordusu Füzuli rayonundakı mühüm strateji əhəmiyyətə malik olan Horadiz qəsəbəsini və 22 kəndi azad etdi. Hücum genişləndirildi, Cəbrayıl rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir sıra yaşayış məntəqələri düşməndən təmizləndi. Döyüşlərdə düşmən 4000 əsgər və zabit itirdi. 1994-cü ilin mart ayının sonunda erməni qəsbkarları Rusiyanın köməyi ilə Tərtər istiqamətində irimiqyaslı hücuma başladılar. Azərbaycan odusu strateji müdafiə əməliyyatı keçdi. 49 gün ərzində qanlı döyüşlər davam olundu. Azərbaycan ordusunun əsgər və zabitləri ən yüksək şücaət və qəhrəmanlıq göstərdi, doğma torpaqları qoruyub saxladı və fəal müdafiə döyüşləri ilə düşmənə güclü zərbələr vurdu. Ermənistan Silahlı Qüvvələri böyük itkilərə məruz qaldı. Bu döyüşlərdə düşmənin 31 ədəd zirehli texnikası (tank və PDM) sıradan çıxarıldı, 2500 nəfər hərbi qulluqçusu məhv edildi, 4000-dən çoxu yaralanmışdır. Bu itkilərdən sonra ermənilər hücumu dayandırıb atəşkəsin elan olunması ilə bağlı Rusiyaya müraciət etdilər.
1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs əldə edildi. Ölkə ərazisinin 20 faizi düşmən tapdağı altındadır. Elan edilməmiş müharibədə 20 min azərbaycanlı şəhid, 30 mindən çox əlil olub. Qaçqın və köçkünlərin sayı milyonu keçib.
Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev Muxtar Respublikaya olduqca çətin bir şəraitdə başçılıq edirdi. Ermənistan Naxçıvana gedən yolları bağlayaraq onu blokadada saxlayırdı. 1992-ci il mart ayında H.Əliyevin S.Dəmirəllə görüşündən sonra Türkiyə Naxçıvana ərzaq, toxum, avadanlıq göndərdi. Enerji çatışmazlığını aradan qaldırmaq üçün Naxçıvan MR Türkiyənin elektrik şəbəkəsinə qoşuldu. 1992-ci ilin mayında Türkiyə ilə sərhəddə Sədərək-Dilucu "Ümid" körpüsü açıldı. 1992-ci ilin avqustunda H.Əliyev İranın prezidenti ilə görüşdü və Naxçıvanın bir sıra ehtiyaclarının ödənilməsi ilə bağlı razılaşmalar əldə etdi. Naxçıvan ərazisini İranla birləşdirən yeni körpü açıldı, İrandan elektrik enerjisi alınmağa başlandı.
Ümummilli liderin Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Cənubi Qafqaz Hərbi Dairəsinin rəhbərliyi ilə apardığı danışıqlar nəticəsində Naxçıvanda yerləşən 75-ci diviziyanın ləğv edilməsi və onun bütün əmlakının Azərbaycan Respublikasına verilməsi barədə razılıq əldə edildi. Bu razılığın şərtləri 1992-ci ilin yayında həyata keçirildi. Naxçıvanda Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Motoatıcı Briqadası yaradıldı. Rusiyanın qoşun hissələrinin hərbi və təsərrüfat əmlakı Azərbaycanda yeni yaradılan Müdafiə Nazirliyinin hərbi hissəsinin sərəncamına verildi. Rusiya ordusunun hərbi hissələri avqustda Naxçıvanı tərk etdi.
Azərbaycan Respublikası ilə İran və Türkiyə arasında Naxçıvan ərazisindəki 215 km məsafədə olan dövlət sərhədinin mühafizəsinin də Azərbaycan sərhədçilərinə həvalə edilməsi barədə razılaşma əldə olundu. Sentyabrın sonunda Rusiya sərhəd dəstəsinin sonuncu əsgər və zabitləri səlahiyyətlərini Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının 1-ci Sərhəd Dəstəsinə verərək muxtar respublikanı tərk etdilər. Beləliklə, ilk milli sərhəd qoşunlarının yaradılmasına da Naxçıvandan başlanıldı.
Cəbhədə atəşkəsin elan edildiyi 1994-cü ildən sonrakı dövrdə Azərbaycan Respublikası müvəqqəti itirilmiş torpaqlarının geri qaytarılması uğrunda səylərini bir an da azaltmamışdır. Bu zaman həm ordu quruculuğuna, həm də Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına və diplomatik fəaliyyətə xüsusi diqqət yetirilmişdir.
Heydər Əliyev ATƏT çərçivəsində də çox uğurlu fəaliyyət göstərirdi. ATƏT-in 1994-cü ildəki Budapeşt sammiti gələcəkdə bağlanası sazişdən sonra regiona daxil olacaq çoxmilli beynəlxalq qüvvələrin yaradılacağı ilə bağlı qərar qəbul etdi. Təşkilatın 1996- cı ildə keçirilmiş Lissabon sammitində ölkənin ərazi bütövlüyünü tanıyan bəyanat verildi.
Lissabon sammitindən sonra Minsk qrupunun fəaliyyətində fəallaşma müşahidə olundu. Qrupa rəhbərlik edən ABŞ, Rusiya və Fransa heç də obyektiv mövqe tutmamışdılar. Onların təklifləri də ya Azərbaycan üçün yolverilməz olur, ya da Ermənistanın qeyri- konstruktiv mövqeyinə görə qəbul edilmirdi.
Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasət, ordu quruculuğundakı inkişaf Azərbaycanın haqlı mövqeyinin dəyişməzliyini təmin edirdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir.
"Hər bir vətəndaş Azərbaycanın Milli Ordusunda xidmət etməyi özü üçün ən şərəfli vəzifə hesab etməlidir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyəti illərində də münaqişənin sülh yolu ilə həlli üçün Azərbaycanın səylərini davam etdirilmişdir. Bütün bu illər ərzində Azərbaycan Respublikası münaqişənin həllinin yalnız onun ərazi bütövlüyünün təmin olunması və bu ərazilər üzərində suveren dövlət hüquqlarının tanınması şəklində mümkün olduğunu bəyan etməkdədir. Lakin Ermənistan Dağlıq Qarabağın Azərbaycandan qopardılmasına yönəlmiş səylərindən əl çəkmir.
Atəşkəsdən sonra keçmiş uzun dövrdə Ermənistan və onun havadarları cəbhə xəttində saysız-hesabsız təxribatlara əl atmış, Azərbaycan hərbçilərini və mülki şəxsləri atəşə tutmuşlar. Azərbaycan daim bu hərəkətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmış və dözümlü mövqe nümayiş etdirmişdir. Bu təxribatlar zamanı azərbaycanlı hərbçilər böyük dəyanət və fədakarlıq göstərdikləri üçün ölkə rəhbərliyi daim onları dəstəkləmiş və yüksək qiymətləndirmişdir.
2010-cu ilin iyun ayında gizir Mübariz İbrahimov təkbaşına ermənilərlə döyüşə girmiş və 40-dan çox sayda düşməni məhv edə bilmişdir. Məhz bundan sonra Ermənistanda matəm elanolunmuşdur.
Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə Mübariz İbrahimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş-dir. Bu, ermənilərə və onların havadarlarına konstruktiv mövqe tutmayacaqları halda Azərbaycan oğullarının edə biləcəkləri ilə bağlı tutarlı bir işarə idi.
Ermənilərin arasıkəsilməyən təxribatları Azərbaycanı qətiyyətli addımlar atmağa vadar edirdi. 2016-cı ildə ermənilər növbəti dəfə xəyanətkarlıq edərək hücuma keçmək istədilər. Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatlar apararaq erməni birləşmələrinin uzun illər ərzində mühəndis-istehkam baxımından möhkəmləndirdiyi müdafiə xəttini yardı, strateji əhəmiyyətli bir sıra mövqeləri düşməndən azad etdi.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində Azərbaycanın mövqeləri və yaşayış məntəqələri bütün cəbhə boyu Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə güclü artilleriya atəşinə tutuldu, düşmənin kəşfiyyat-təxribat qrupları bizim müdafiəmizə soxulmağa cəhd etdilər.
Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması üçün Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul etdi. Döyüş nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, həmçinin Seysulan məntəqəsi azad olundu. Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə yüksəkliyi də Azərbaycan ordusunun nəzarəti altına keçdi. Beləliklə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Beynəlxalq qurumların müraciətləri və öz sülhsevər siyasətinin nəticəsi olaraq Azərbaycan dövləti hərbi əməliyyatları birtərəfli qaydada dayandırdı.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının silahlı təxribatlarının qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri igidliyə görə Azərbaycan hərbçilərinin böyük bir qrupu Azərbaycan Respublikasının Prezidenti tərəfindən orden və medallarla təltif olundu. Şükür Həmidov, ölümlərindən sonra isə Murad Mirzəyev, Samid İmanov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldülər.
2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Ağbulaq, Qızılqaya yüksəklikləri, həmçinin Günnüt kəndi ordumuzun nəzarəti altına keçmişdir. Döyüşlər nəticəsində, ümumi olaraq, 11000 hektarlıq ərazi işğaldan azad edilmişdir. Bu uğurlu əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan yaratdı.
Qürurla deyə bilərik ki, 2016-cı ilin aprel döyüşləri və 2018-ci ilin mayında Naxçıvanda Günnüt zəfəri Ali Baş Komandanın qətiyyətini hiss edən Azərbaycan ordusunun böyük qələbəyə əminliyinin mesajıdır.
Naxçıvan Dövlət Universitetin müəllimi Nazim Həsənov Əsgər oğlu
Hiç yorum yok:
Yorum Gönder