Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Azərbaycan dilinin izahlı lüğətində mənimsəmək sözünə - Qanunsuz olaraq başqasının malına puluna və s. sahiblənmək, yiyələnmək kimi izah verilir. İsraf etmə sözünə isə - artıq və lazımsız yerə sərf etmək, xərcləmək, işlətmək, dağıtmaq və bununla yanaşı həm də özünə inanılıb tapşırılmış pulu, malı və digər qanunsuz olaraq öz şəxsi məqsədləri üçün xərcləmək sərf etmək olaraq izah verilir.
Ətraflı
Mənimsəmə və israf etmə Cinayət Məcəlləmizin İqtisadi sahədə cinayətlər bölməsində və mülkiyyət əleyhinə cinayətlər fəslində Dələduzluq cinayətindən sonrakı - 179-cu maddədə - cinayət əməli kimi təsbit edilmişdir. Həmin maddədə təqsirkara etibar edilmiş özgə əmlakını talama mənimsəmə və ya israf etmə olaraq müəyyən edilmişdir. Bu cinayətin subyekti əsasən vəzifəli şəxslərdir.
Diqqətli oxucularımız dərhal düşünəcəklər ki, dələduzluq cinayətində də etibar amili öz əksini tapır bu cinayətdə də. Bəli hər iki cinayətdə etibar amili var lakin hərəsində tam fərqli məsələləri əhatə edir. Bu barədə daha sonra ətraflı məlumat verməyə çalışacıq.
Bu cinayəti törtəməkdə təqsirləndirilən şəxslər üçün cəzanın aşağı və yuxarı həddləri arasında çox böyük bir obrazlı desək uçurum vardır. Eyni maddə ilə təqsirləndirilən şəxsin əməlinin xüsusiyyətlərindən asılı olaraq siz 1000 manat cərimə cəzasına da rast gələ bilərsiz 14 il azadlıqdan məhrum etmə cəzasına da.
Cəzaların arasında bu dərəcədə ağırlıq fərqinin olması təqsirləndirilən şəxslərin müdafiəsinin qurulmasında vəkillərin rolunu maksimuma çıxarır. Çünki, xırda bir epizod, nəzərdən qaçırılan bir məqam və ya qarşısı alınmayan bir arqument ittihamın daha ağır maddə ilə irəli sürülməsinə və avtomatik olaraq daha ağır cəzanın verilməsinə səbəb ola bilir.
Mənimsəmə və israf etmə cinayətinin maraqlı xüsusiyyətlərindən biri də bu əməlin əksər hallarda üzə çıxarılmasının ifşa edilməsinin çox çətin olmasıdır. Bu əməli törədən vəzifəli şəxslər adətən sərəncamlarına verilmiş əmlakın idarə edilməsində çox geniş səlahiyyətlərə malik olurlar (Şirkət rəhbərləri, bank rəhbərləri, filial müdirləri, müəyyən dövlət orqanlarında rəhbər vəzifə tutan şəxslər). Adətən mənimsəmə əlamətlərini ilk sezən şəxslər həmin rəhbərin bilavasitə tabeliyində çalışan maliyyəçi, mühasib, anbardar, təchizatı idarə edən qurumun rəhbəri, daxili auditorlar və s. şəxslər olur ki, bunlar da həmin rəhbər şəxsin bilavasitə və ya dolayısı ilə tabeliyində olduqları üçün adətən bu faktların gizlədilməsində iştirak etməyə məcbur olur bəzən də müəyyən pay alaraq özləri də iştirakçı olurlar. Bundan sonra isə artıq bütün sənədləşmə işləri bu faktın ört-basdır edilməsi istiqamətində qurulur.
Mənimsəmə faktlarına misal olaraq təsərrüfat fəaliyyətinin müxtəlif istiqamətlərində qarışımıza çıxan aşağıdakı istiqamətləri göstərə bilərik:
Xərclərin artırılması formasında
Xammalın alış xərclərinin artırılması
Daşıma logistika xərclərinin artırılması
Xidmət alışı xərclərinin artırılması (hüquq, maliyyə, konsaltinq və s.)
Büdcə vəsaiti hesabına görülən işlərin dəyərinin şişirdilməsi
Rüşvət və digər qeyri-formal (hədiyyə, bonus və s) xərclər göstərməklə
Gəlirlərin azaldılması formasında
Malın və ya xidmətin qiymətinin azaldılması
Malın və ya xidmətin satış həcmlərinin azaldılması
Zay məhsulun həcminin şişirdilməsi
Satış gəlirlərinin kassadan yayındırılaraq müştərinin borcu kimi göstərilməsi formasında
Malların müştərinin anbarında və ya mağazasında imiş kimi rəsmiləşdirilməsi
Malların satışından əldə edilən gəlirin müştəri tərəfindən gecikidirlirmiş kimi göstərilməsi
Adətən bu cür faktlar müstəqil audit yoxlaması zamanı və ya hər hansı mülki məhkəmə mübahisəsi zamanı aşkara çıxır. Çünki bu halda audit və məhkəmə tərəfsiz mövqedə olduğu üçün faktların obyektiv araşdırılmasına çalışır. Bu səbəbdəndir ki, bir çox hallarda mənimsəməyə yol vermiş rəhbər şəxslər məhkəməyə müraciət eməkdən (haqlı olduqları halda belə) imtina edirlər və müstəqil auditorları ələ almağa və ya onların fəaliyyətinə maneələr yaratmağa çalışırlar.
Bu istiqamətdə araşdırma apararkən tərəfimizdən rəsmi qurumlardan bir sıra statistik məlumatlar əldə edilmişdir. Həmin statistik məlumatları aşağıda təqdim edirik.
İlk qrafikdə dələduzluq cinayəti və aşağıda adları göstərilən digər 3 cinayəti müqayisə etmişik. Gördüyünüz kimi dələduzluq cinayəti təklikdə say olaraq digər 3 cinayətdən daha çox aşkarlanıb və cinayəti törədən şəxslər məhkum olunub.
Aşağıda gördüyünüz qrafikdə isə mənimsəmə və ya israf etməyə göə digər iki cinayətə nisbətdə daha çox şəxsin cəzalandırıldığını görürük.
Buradan belə ehtimal etmək olar ki, dələduzluq cinayətini gizlətmək daha çətin olduğu üçün və əksər hallarda bu cinayətdən zərər çəkən şəxslər vətəndaşlar olduğu üçün bu cinayətləri gizlətmək çox da mümkün olmur belə cinayəti törədən şəxslər dərhal aşkar olunur və məsuliyyətə cəlb olunur.
Mənimsəmə və ya israf etmə və digər cinayətləri törədən şəxslər isə həm peşəkarlıq baxımından həm də qarşılıqlı maraqların idarə edilməsi nöqteyi-nəzərindən öz cinayət əməllərini daha çox gizlətməyə nail ola bilirlər.
Hiç yorum yok:
Yorum Gönder