İMİŞLİ RAYONUNDA DİPLOMSUZ DİŞ HƏKİMLƏRİNİN HAVADARI KİMDİ?




Bəli respublikamızın əksər rayonunda olduğu kimi İmişli  rayonlarında təhsili və peşəyə aid  olmayan diş həkimləri və diş texnikaları fəaliyyət göstərir. Xüsusilə mən İmişli rayonunu qeyd etmək istərdim tanıdığım çox saylı diş həkimləri var ki, onların ya ümumiyyətlə bu sahəsi üzrə təhsili yoxdursa da Rusiya da oxuyub ölkəmizdə həmin diplomlar tanınmır. Amma həmin insanlar diş həkimi adı altında fəaliyyət göstərir ki, bu da insanların həyatını təhlükədə qoyur.Mən bildiyim bəzi diş həkimləri var ki onlar hətta gigenik qaydalaradar iayət etmirlər. Amma insafən İmişli rayonunda öz işinin peşəkarı, ali təhsilli və bacarıqları ilə müəyyən standartlara cavab verən diş həkimləri və onların iş otaqları var. Bəs görəsən bu acınacaqlı hal Səhiyyə nazirini,  TƏBİB-in rəhbərliyini, İmişli rayon xəstəxanasının başbilənləri və bu işə cavabdeh olanları narahat etmir? Yoxsa onların öz işlərinə başları qarışıb ki bütün bunlar unudulub.Onsuzda müxtəlif xəstəliklərdən insanlarımız az əziyyət çəkmirlər, bu azmış kimi  təcrübəsiz diş həkimlərinin  bəlası da insanlarımıza bir dərdolub. Görəsən belə həkimlərimiz 《DUR》deyən bir səlahiyyət sahibi tapılacaqmı?

Hiç yorum yok:

Yorum Gönder

Pages