Cəmiyyəti düşündürən məsələlərə və problemlərə hər zaman obyektiv yanaşan, tanımış ilk döyüşçü jurnalist Xaqani Rzaquliyevin vəfatından 2 -il ötür.
Azərbaycan Vətən Müharibəsi Veteranları İstimai Birliyin həyatında öz dəst-xətti və xüsusi xidmətləri olmuş, peşəkar milli jurnalistikamızın tanımış nümayəndəsi,ilk döyüşcü jurnalist, xeyirxah və haqsevər insan Xaqani Ədəb oğlu Rzaquliyev 2 ildir aramızda yoxdur. 2022 -ci ilin noyabr ayının 24 -də qəflətən vəfat edib.
Hər ömur bir kitabdır deyirlər Xaqani Rzaquliyevin kecən günlərini vərəqlədikcə bir fikir təsdiqini tapır. Bu alovlu vətənpərvər, torpağına, xalqına bağlı gözəl insan,2-ci qrur müharibə əlili Xaqani Ədəb oğlu Rzaquliyevin həyatı olduqca mənalı keçmişdir.
Yüksək peşəkarlığı, humanistliyi, dəqiqliyi,qayğıkeşliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti , işgüzarlığı,dostcanlığı, səmərəli fəaliyyəti,iradı və mənəvi keyfiyyətilə həmişə seçilən,təcürbəli jurnalist Rzaquliyev Xəqani Ədəb oğlu 1963 - cü ilin noyabr ayının 9 -da Ağdərə rayonunun Xatunbəyli kəndində zəhmətkeş ailədə anadan olmuşdur.
1980- ci ildə Ağdərə rayonunun Xatunbəyli kənd orta məktəbi, 1982 - ci ildə Şuşa şəhərində Pedoqoji Texnikomu, 1993- i ildə isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir.
Xaqani Rzaquliyev 1982- 1984-cü İllərdə Sovet Ordusunun Ukrayna Respublikasında yerləşən hərbi hissələrin birində mühəndis- istehkamcı vəzifəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
O, ixtisasına uyğun müxtəlif vəzifələrdə çalışıb. Ağdərə rayonunun Xatunbəyli kənd orta məktəbində hərbi rəhbər, Gəncxana qəsəbəsində məktəb direktoru, “Gənclik” jurnalının müxbiri və şöbə müdiri vəzifələrində işləmişdir .
Xaqani Rzaquliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəzarət -Təftiş Komissiyasının ilk sədri olub.2023-cü illin noyabr ayının 24 nə kimi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Mətubat xidmətinin rəhbəri vəzifəsini məsuliyyət və şərəflə yerinə yetirmişdir.
Xaqani müəllim 1992 -ci ilin mart ayının 12 -də ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında ağır yaralanmışdır. Ürəyi daim Vətən eşqi ilə döyünən bu insan ictimai fəal kimi “Fədai” və “Veteran” qazetlərinin ilk yaradıcılarından idi. Onun publisistik məqalələri yaradıcılığının əsasnı təşkil edirdi. O,Türkçülükdə “səlcuqlu” xəstəliyi, “Unudulmuş Turanın çöl çiçəkləri” və.s kitabların müəllifidi.
Dövlətçiliyimizin möhkəmləndirilməsi üçün var qüvvəsi ilə yorulmadan calışmış Xaqani Rzaquliyev 44 günlük Vətən Müharibəsi və ondan sonrakı günlərdə də daimi ordumuzun, qəhrəman müharibə ıştirakcılarmızın, döyüş bölgələrində hərbi qulluqçularmızın yanında olmusdur.
Xaqani Rzaquliyev təbiətcə sakit, təmkinli, diqqətli və xoş rəftar bir insan olmaqla yüzlərlə adamın ( döyüşçülərin, müharibə veteranların və şəhid ailələrinin) xeyirxahına çevrilmişdi.
Xəqani Ədəb oğlu peşəkar jurnalist olmaqla yanaşı, doğma yurdunu,el-obasını çanından çox sevən vətənpərvər,qayğıkeş,doğmaları üçün çox yaxşı qardaş və ailə başçısı, ziyalı, cəsur,haqqı nahaqa verməyən əsl vətəndaş bir insan idi.
Xaqanı Rzaquliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctinai Birliyinin Mətubat xidmətinin rəhbəri kimi, həmişə obyektiv olmuş, onun heçkimə qərəzli münasibəti olmamışdır.Əsl peşəkar jurnalist kimi, Xaqanı Ədəb oğlu öz peşəsini ürəkdən sevirdi, bu onun keyfiyyətlərini tamamlayırdı.Öz işinin peşəkar ustası kimi,həqiqəti heç kimə görə dəyişməyən bir iti qələm sahibi idi.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) mətubat xidmətinin rəhbəri olduğu illər ərzində Xaqani Rzaquliyev ona həvalə olunan vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəldiyinə və mətbuat orqanlarında xüsusi fərqləndiyinə görə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, Korpus və hərbı hissə komandirlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin, həmçinin müvafiq icra hakimiyyəti orqanlarının və ictimai təşkilatların sədrlərinin müvafiq əmrləri ilə bir sıra medalarla, döş nişanları ilə təltif olunmuş, bir çox fəxri fərmanlarla, diplomlara və qiymətli hədiyyələrlə mükafatlandırlımış və ona təşəkkür elan edilmişdir.
Xaqani Rzaquliyevin yoxluğu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin kollektivində də çox hiss olunur.Boşluğunu doldurmaq mümkün deyil.
Peşəkar jurnalist Xaqani Rzaquliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvlərinə, Azərbaycan Respublikasının şəhid ailələrinə və müharibə veteranlarına siyasi, ictimai mövzularla, məsələlərlə bağlı çox peşəkar məsləhətlər verərdi. Heç kimsənin qəlbini qırmazdı, müsbət auralı idi.
Təəssüf ki,bizi səmimi, insanpərvər və zəhmətkeş insan Xəqani Ədəb oğlu Rzaquliyev çox tez tərk etdi.X.Rzaquliyevin əziz ruhu hər zaman onu tanyanların,sevənlərin yadaşında, hafizəsində yaşayacaq,onun əziz xatirəsi doğmalarının,yaxınlarının,iş və döyüşcü yoldaşlarının,onu tanyanların yadaşında həmişə qalacaq və yad ediləçək.Belə vicdanlı oğuları ilə tanınır Vətən!
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!
Qəbri nurla dolsun.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələləri üzrə müavini polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder