Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, iqlim dəyişmələri və ətraf mühit məsələlərinə xüsusi önəm verdiklərini deyən İraq Prezidenti iqlim dəyişmələri mövzusunda əldə olunmuş razılaşmanın icrasının vacibliyinə toxunub. Qonaq müharibələrin və hərbi münaqişələrin ətraf mühitə ən böyük təhlükə yaratdığını deyib. Əbdüllətif Camal Rəşid ölkəsinin COP29-da geniştərkibli nümayəndə heyəti ilə təmsil olunduğunu vurğulayıb. İraq Prezidenti ikitərəfli əlaqələrimizin uğurla inkişaf etməsindən məmnunluğunu bildirib.
Azərbaycanın nəticəyönümlü danışıqlara üstünlük verdiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmiz qlobal iqlim dəyişmələri üzrə dövlətlər arasında həmrəylik yaratmağa və körpülər qurmağa çalışır. COP29-da yeni maliyyə hədəfinin müəyyən olunmasının önəminə toxunan dövlətimizin başçısı bu tədbirdə iştirak etmək üçün 70 minə yaxın insanın qeydiyyatdan keçdiyini bildirib. Prezident İlham Əliyev Azərbaycanın ev sahibi kimi COP-a hazırlıq işlərini qısa zamanda yüksək səviyyədə gördüyünü, necə deyərlər, şəhər içində şəhər tikdiyini deyib, konfrans məkanında istifadə olunan materialların davamlılıq tələblərinə tam uyğun olduğunu bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, COP-u bəhanə edərək qərbyönümlü mediada Azərbaycana qarşı haqsız hücumlar edilir.
Azərbaycan ilə İraq arasında münasibətlərə toxunan dövlətimizin başçısı ikitərəfli hökumətlərarası komissiyanın fəaliyyət göstərdiyini qeyd edib.
12:31
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Hiç yorum yok:
Yorum Gönder