3 dəfə işdən azad olunan Azəriqaz əməkdaşı hər dəfə məhkəmədə qalib gələrək öz işinə necə bərpa olub?
Bəzi skeptiklər bu gün Azərbaycanda belə bir fikir formalaşdırmaq iştəyirlər- “bu gün ədalət axtaran sabah iş axtaracaq”.
Düzdür, bu gün Azərbaycan cəmiyyətində hətta ədalət axtarmayanlar belə iş axtarışındadır, amma həyatın istisnaları olmasa həyat maraqlı olmaz deyib müdrüklər.
Belə istisnalardan biri də bizim müsahibimiz, Qarabag müharibəsi əlili, sinəsində tək erməni qəlpəsi yox, eləcə də əlil övladının problemlərini gəzdirən Müstəqil Həmkarlar Birliyinin sədr müavini Əhməd Rəhmanovdur.
Sual verə bilərsiniz ki, bu insanın nəyi istisnadır, onun kimi minlərlə müharibə əlili və əlil övlad atası var. Odur ki, cavab verirəm, istisna Əhmədin özü yox, gördüyü işdir. Belə ki, əlilliyinə baxmayaraq Əhməd Rəhmanov 1996- ci ilən bu günə kimi “Azəriqaz“İB- də çilingər kimi çalışır. İlk dəfə 2014-ci ildə Qarabag əlili olmasına baxmayaraq “Azəriqaz“İB tərəfindən ixtisara salınıb və məhkəmənin bütün mərhələlərində qalıb gələrək, 1 illik əmək haqqını alaraq, özü ilə birlikdə ixtisara salınan başqa bir müharibə əlili ilə birlikdə iş yerinə qayıtmişdır.
İkinci dəfə “Azəriqaz” rəhbərliyi Rəhmanovu müəssisədə çalışan fəhlələrin pozulan əmək hüquqları ilə baglı müxtəlif dövlət və qeyri-dövlət təşkilatlarına etdiyi müraciətlərinə “cavab” olaraq bu dəfə onun əlilliyini bəhanə gərirərək 2019 ilin sentyabr ayında tutdugu “Növbəli iş rejimli“ vəzifəsindən çıxarıb 8 saatlıq iş rejiminə keçirib. Rəhmanov ücün isə bu işdən çıxmaq kimi bir şey idi. Belə ki, əlilliyi olan övladı evdə tək qalmasın deyə illərdir ki, o həyat yoldaşı ilə növbəli iş rejimi seçmişdi ki, uşaga növbə lə qulluq etsinlər.
Bütün bunlara baxmayaraq, Əhməd Rəhmanov yenə də “sosial işçi” kimi öz fəaliyyətindən qalmadı və bu dəfə də müəsisədə işləyə-işləyə “Azəriqaz” rəhbərliyini yenə də məhkəməyə verib, bu dəfə də “Əmək Məcəlləsinin 16-cı maddəsinin, daha dəqiq desək, “Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir” bəndinin ona aid olmadığını bir daha sübüta yetirərək bir daha öz iş yerinə qayıtmişdır.
Lakin bütün bu məhkəmə qalibiyyətlərinə baxmayaraq, 2023 -cü ildə Rəhmanov Əhməd Fazil oglu bir daha “Azəriqaz” İB tərəfindən işdən azad olunub. Bu dəfə işəgötürən idarə baha “kreativ“ tərpənib. Rəhmanovu ona aidiyyatı olmayan, yəni yalan bir iddia əsasında Əmək Məcəlləsinin 4 ci maddəsinin 1-ci hissəsinin “C“ bəndi ilə işdən azad edib. Amma onlar bir məsələni unudublar- Əhməd artıq bu illər ərzində vaxtı ilə yarımçıq qoydugu peşəsini daha da təhkimləşdirmişdi.
Rəhmanov vaxtı ilə Dövlət Sosial Müdafiə Fondunun hesabina Moskva Sahibkarlıq və Hüquq İnstitutunun 3-cü kursunadək oxuyub, sonra ailə vəziyyəti ilə əlaqədar təhsilini tamamlaya bilməyib). Odur ki, bu dəfə də 29 oktyabr 2024 il tarixində Ali Məhkəmənin hakimi Mehparə xanım Əhmədovanın qərarı ilə Xətai rayon Məhkəməsinin 2(011)-7897/2023 saylı iş üzrə qətnaməsi quvvədə qalıb. Əhməd Rəhmanov bir daha öz iş yerinə qayıdaçaqdır.
Qoy indi “bu gün ədalət axtaran, sabah iş axtaracaq” deyənlər utansın. Haqqını bilən və tələb edən, bunun uğrunda qanuni mübarizə aparan şəxs ona nail olur.
Hiç yorum yok:
Yorum Gönder