Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst -xətti olan, Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan polkovnik leytenant Həsənov Şəmsi Qəzənfər oğlu əgər yaşasaydı noyabr ayının 16-da 59 yaşını qeyd edəkdi.Təəssüflər olsun ki,ömür vəfa etmədi, 2024-cü illin noyabr ayının 11-də Bakı şəhər Xəzər rayonunun Qala kəndində vəfat etdi,Qala kəndi qəbiristanlığında torpağa tapşırılıdı.
Qeyd edəki ki,Azərbaycan Respublikasının müharibə veteranı istefada olan polkovnik- leytenant Həsənov Şəmsi Qəzənfər oğlu 16 noyabr 1965-ci ildə Laçın rayonunun Qarakeçidi kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.
1982-ci illərdə Laçın rayonunun Qarakeçid kənd orta məktəbini, 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai hərbi hazırlıq və bədən tərbiyəsi fakultəsini bitirmişdir.
Həsənov Şəmsi Qəzınfər oğlu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən təlim-tədris mərkəzində taborun qərargah rəisi və tabor komandiri vəzifəsi üzrə zabitlərin ixtisas artırmakursunda olmuş, bir çox təlim- metodiki toplanışlarda, xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda isə fəal iştirak etmişdir.
Şəmsi Qəzənfər oğlu Həsənov 1984-1986-cı illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
1992-1994-cü illərdə Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrin birində böluk komandiri vəzifəsində çalışmışdır.
1995- 1998 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Füzuli rayonunda yerləşən hərbi hissədə böluk komandiri, tabor komandirinin müavini,alayın kəşfiyyat xidmətinin rəisi, 1999- 2011 -ci illərdə Daxili Qoşunların Baş İdarəsinin maddi- texniki təminat idarəsində ərzaq xidmət rəisinin müavini (yardımçı təsərrüfat üzrə baş köməkçisi) 2011-2016-ci ilərdə isə Daxili Qoşunların Baş İdarəsinin Nərimanov rayonunda yerləşən hərbi hissələrin birində hərbi hissə komandirinin ( hərbi hospital rəisinin) maddi-texniki təminat xidmətləri üzrə müavini vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Qanunverciliklə müəyyən olunmuş qaydada Din-in Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,hərbi təchizat anbarların və dövlət əhmiyətli obyektlərin mühafizə olunmasında,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqaladə vəziyyət və komendant zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyət və şərəf hissi ilə yanaşmışdır.
Şəmsi Həsənov Din - in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Polkovnik- leytenant Həsənov Şəmsi Qəzınfər oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda (Lacın,Cəbrayıl və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.Azərbaycan Respublikasının müharibə veteranıdır.
Öz tabeleyində olanlara və bir çox hərbi qulluqçulara, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın,hərbi və daxiili qoşunların döyüş xidməti nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamələrin,əmir və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan polkovnik- leytenant Həsənov Şəmsi Qəzənfər oğlu peşəkarlığı, humanistliyi, sadəliyi,dəqiqliyi,təmkinliyi, səmimiyyəti, xeyirxahlığı, işgüzarlığı,iradı və mənəvi keyfiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 24 (iyirmi dörd) ilini hərbi xidmətdə keçirib.
Şəmsi Qəzənfər oğlu qorxmaz, insanpərvər, saxavətli, əliaçıq, zəhmətkeş Zabit olmuşdur. O,istər təhsil aldığı orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost-tanış, qohum-əqrəb arasında özünə layiq hörmət Ümümi Lacınlara xas olan yaxşı keyfiyyətlərin hansı Şəmsi Həsənovda var idi.Ən əsası isə o,Laçınsevəridi.
Hərbi vəzifə borclarının icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, korpus və hərbi hissə komandirnin (hərbi hosıital rəisinin) müvafiq əmrləri ilə əla xidmətlərə görə, əlacı və yubiley döş nişanları ilə təltif olunub,bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilmişdir.
Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunmuşdur:
1.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10-iliyi (1991-2001)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90-illiyi (1918-2008)” yubiley medalı ilə;
6.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95-iliyi (1918-2013)” yubiley medalı ilə.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının rəhbərliyi, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (hərbi vəzifəliləri) Şəmsi Həsənovun ailəsinə, yaxınlarına səbr diləyirlər.
Allah rəhmət eləsin, məkanı cənnət olsun, Tanrı övladlarını qorusun!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veterani polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder