Bakmiltv.info xəbər verir ki, bu iddia ilə DOK Partiyasının rəhbəri Vardan Qukasyan çıxış edib.
Daha öncə qeyd etdiyimiz kimi, artıq ölkənin daxili işlər naziri Vahe Qazaryan, sosial və iqtisadi məsələlər naziri Qnel Sanosyan, İstintaq Komitəsinin sədri Argişti Ğaramyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin sədri istefa ərizələrini yazıblar.
Onların Ermənistanın Baş naziri Nikol Paşinyanla bir neçə saat öncə keçirilən iclasdan sonra bu addımı atdığı bildirilir. İddialara görə, Paşinyan sözügedən şəxslərin hər birinin fəaliyyətindən narazı olduğunu öncədən deyib. Ötən günlərdə isə artıq səbir kasasının daşdığını bildirib və həmin şəxslərə xəbərdarlıq edib.
Son olaraq bu gün İcevan bölgəsində bir toyda iştirak edən zaman vatsapdan adıçəkilən məmurlara mesaj göndərib. Onlara işlərinə görə təşəkkür edib və ərizələrini yazaraq istefa vermələrini tapşırıb.
Lakin müdafiə naziri Suren Papikyan, deputat Ovik Ağazaryan və Qnel Sanosyanın dəqiq hansı səbəbdən qovulduqları məlum deyil. Papikyanla Paşinyan arasında zaman-zaman fikir ayrılığı olduğuna dair məlumatlar yayılsa da, bunlar daim təkzib edilirdi.
Yaxın günlərdə baş nazirin əmri ilə daha çox adamın işdən çıxarılacağı bildirilir.
Qeyd edək ki, istefalarla bağlı məlumatların hələki heç biri rəsmi olaraq təsdiqlənməyib.
Hiç yorum yok:
Yorum Gönder