Azərbaycan Respublikasının Polis və Müharibə Veteranı ehtiyatda olan polis polkovniki İlham Babayev
Bakıda keçirilən BMT-nin iqlim dəyişiklikləri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyası (COP29) öz işini uğurla başa çatdırdı. Tədbir dünya siyasətinin gündəmində başlıca mövzu olduğuna görə onu təkcə dəvət olunmuş iştirakçılar deyil, bütün qlobal siyasi oyunçular diqqətlə izləyirdilər. Hələ tədbirdən əvvəl mediadan məlum olduğu kimi möhtərəm dövlət rəhbərimizin dəfələrlə sessiyanın keçiriləcəyi məkana gələrək vaxtın qıtlığı səbəbindən hazırlıq işlərinə şəxsən nəzarət etməsi diqqəti cəlb etmişdi. Elə bu faktın özü keçiriləcək tədbirə dövlət başçımızın qayğısının nəticəsi idi. Artıq əminlik yaranmışdı ki Prezidentimizin bu qədər diqqət ayırdığı və qayğı ilə yanaşdığı tədbirdə uğurlu nəticələr alınacaq. Hədəflər isə çox sərt və kəskin idi. Dünyanın ən təzadlı əks qütblərinin mövqelərinin planetimizin gələcəyi naminə uzlaşması tədbirə ev sahibliyi edən Azərbaycanın növbəti uğuru oldu. Son dörd ildir ki özünü dünya gücləri kimi görən və erməni diasporunun, eləcə də onlara havadarlıq edənlərin ölkəmiz əleyhinə avantüralarla özlərini xəstələndirənlər Azərbaycanın inamlı qələbələrinə şahidlik edirlər və bu zaman özlərini məğlub durumda görürlər. Və anlamaq belə istəmirlər ki xalq - iqtidar birliyinin monolitliyi, tutduğu yolun haqq yolu, haqq işi olduğuna əzmi, inam və etimadı dövlətimizin sarsılmaz gücünü təşkil edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial mediada paylaşımında bildirdiyi kimi, "Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaradıb: “Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu”.
Ölkəmiz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-a sədrlik edərək yüksək peşəkarlıq göstərdi. Və beynəlxalq miqyasda qarayaxmaların, böhtanların bitib, tükənmədiyi bir şəraitdə Azərbaycan 2020, 2023-cü illərdə hərb meydanında möhtəşəm qələbələr qazandığı kimi, eyni şəraitdə günlərdir davam edən COP29 tədbirindədə aktivinə siyasi qələbə, möhtəşəm uğur yazdırdı. Tədbirin yekununda qəbul edilən qərarlar Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha dünyaya nümayiş etdirdi.
Hiç yorum yok:
Yorum Gönder