Bu gündən etibarən POS-terminal quraşdırılmayan vergi ödəyiciləri ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Bu barədə Bakmiltv.info-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, qanunvericiliyin tələblərinə baxmayaraq, müşahidələr zamanı bir sıra obyektlərdə ümumiyyətlə POS-terminal quraşdırılmadığı məlum olub.
Dövlət Vergi Xidməti bir daha sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur.
Nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı, nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır.
Xatırladaq ki, ötən gün (15 noyabr) "kartdan-karta" üsulu ilə işləyən daha 170 sahibkara
Hiç yorum yok:
Yorum Gönder