Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları və Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) tərəfindən icra olunan İqlim ədaləti uğrunda beynəlxalq həmrəyliyin gücləndirilməsi layihəsinın fəaliyyət planına uyğun olaraq İqlim maliyyəsi üzrə ehtiyacların təminatı mövzusunda Konfrans keçirilmişdir.
Tədbirin açılışında PACJA İcraçı Direktoru Dr. Mitika Mvenda, Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dəstək Dövlət Agentliyinin İctiaçı Direktoru və COP29 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva, Milli Məclisin üzvü Azər Allahverənov, Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli iştirak etmişlər.
Konfransın əsas məqsədi, COP 29 üçün Afrika ölkələrinin ortaq mövqeyini möhkəmləndirmək və təsdiqləməkdir – tərəfləri ‘Vədlərinə əməl etməyə’, Bakıda Yeni Kollektiv Kəmiyyət Məqsədini təmin etməyə və iqlim böhranını həll etmək üçün davamlı iqlim maliyyə axınını təmin etməyə çağırmaqdır.
Burada məqsəd həmçinin Azərbaycan QHT-ləri tərəfindən Afrika kontekstinə aid əsas məsələlərin daha yaxşı anlaşılması və qiymətləndirilməsi üçün COP29-da qarşılıqlı həmrəylik göstərməkdir.
Tədbirdə ümumilikdə 54 QHT iştirak etmişdir ki, onlardan 25-i Pan-Afrika İqlim Ədaləti Alyansı üzvü olan Afrika QHT-ləri olmuşdur. Tədbirdə eləcədə 29 AMQF yeni üzvləri, üzvlük vəsiqələri yenilənmiş və üzvlük üçün müraciət etmiş QHT-lər iştirak etmişlər.
Daha sonra Afrika Vətəndaş Cəmiyyəti üçün COP29 Ümumi Mövqeyinin Təqdimatı mövzusunda PACJA Siyasət, Təbliğat və Kommunikasiya Şöbəsinin Rəhbəri Filip Kilonzo və digərlərinin təqdimatları dinlənildi və müzakirələr aparıldı.
Hiç yorum yok:
Yorum Gönder