Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları və Azərbaycan Respublikası Silahlı Qüvvələri İranın şimal-qərbində dörd günlük birgə təlimlərə başlayıb.
Bakmiltv.info xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
“Araz Birgə Təlimi” adlı manevrlərin artıq başladığı bildirilib.
SEPAH-ın açıqlamasına görə, təlimlər korpusun Quru Qoşunlarının xüsusi təyinatlıları ilə Azərbaycan Ordusunun xüsusi təyinatlılarının təlimləri Ərdəbil vilayətinin Aslandüz sərhəd rayonunda keçirilir.
Təlimlər birgə sərhədlərin təhlükəsizliyini təmin etmək, hərbi qabiliyyətləri inkişaf etdirmək və iki qonşu ölkənin ortaq maraqları əsasında əldə olunan razılaşmalara uyğun olaraq taktiki və əməliyyat səviyyəsində müdafiə əməkdaşlığını genişləndirmək məqsədi daşıyır.
Hiç yorum yok:
Yorum Gönder