Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktrisası Gulcohre Abdullayeva ad günüdür.




Gülçöhrə Heydər qızı Abdullayeva 1972-ci il noyabrın 5-də anadan olub. O, səhnə fəaliyyətinə "İlham" Miniatür Teatrından başlayıb. Hal-hazırda Azərbaycan Dövlət Musiqili Teatrında uğurla fəaliyyət göstərir.

Gülçöhrə Abdullayeva V.Adıgözəlov və Anarın "Aldın payını çağır dayını”  (Xəbərçi Xədicə), O.Rəcəbov və A.Babayevin ”Şeytanın yubileyi” (Şamiyyə), S.Ələsgərov və Ş.Qurbanovun "Milyonçunun dilənçi oğlu” (Xanım), C.Quliyev və Ə.Əmirlinin "Yeddi məhbusə anası” (Tomris), F.Sücəddinov və T.Vəliyevanın "Mən dəyərəm min cavana” (Ziba), O.Zülfüqarov və R.Heydərin "Şəngülüm, Şüngülüm, Məngülüm” (Şəngülüm və Tülkü), R.Mirişli və M.Haqverdiyevin "Amerikalı kürəkən” (Nəzakət və Səkinə), S.Fərəcov və Ə.Nesinin "Şəhərdə manyak var” (Kar qadın), E.Sabitoğlu və Y.Şvartsın "Qırmızı papaq” (Tülkü və Ana), E.Şabitoğlu və T.Vəliyevanın "Bankir adaxlı”(Ceyran və Maral), R.Şəfəq və Ə.Səmədlinin "Baş tutmayan hiylə” (Tülkü), E.Sabitoğlu və C.Məmmədovun www.Ferzeli-kef.com (Bağdagül), F.Allahverdi və Elçininin "Baladadaşın toy hamamı” (Umxanım), rus xalq nağıllarının motivləri əsasında Ə.Hacıyevin hazırladığı "Qoğal” (Dovşan), Ə.Əmirlinin "Nuri-didə Ceyhun”(Sayad) və.s  tamaşalarında biri-birindən maraqlı rollar oynamışdır.

Gülçöhrə Abdullayeva həm də "Kənddən gələn var” (1997), "Şirin bülbül” (2000), "Yanmış körpülər” (2003), "Təlatüm” (2006) və.s

Hiç yorum yok:

Yorum Gönder

Pages