(Polkovnik Salman Musayevin atası Calal Əlləz oğlunun əziz xatirəsinin işığında)
Belə bir deyim var: Atalar övladlarının həyatda ilk müəllimi olurlar. Bəlkə də evin, ailənin əsas ağırlığının yükü atanın çiyinlərində olduğundan övladlar zəhmət, halallıq haqda ilk dərslərini atalarından alır, həyatda atdıqları ilk addımları atalarının yerişlərinə görə əyarlayırlar...
Bu düşüncələr Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətinin yaxşı tanıdığı, hansı vəzifəni tutmasından asılı olmayaraq qurumun təşkili, inkişafı, güclənməsi, gənc zabit kadrlarının yetişməsi üçün bütün qüvvəsini sərf edən peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev atasının vəfatının ildönümü ərəfəsində onunla bağlı xatirələrini bölüşərkən fikrimdən keçdi.
Atası Musayev Calal Əlləz oğlu Gürcüstan Respublikasının Bolnisi rayonunun Senebi (Sənəf) kəndində zəhmətkeş ailədə anadan olub və 12 il əvvəl - 2012-ci ilin noyabr ayının 5-də vəfat edib. Ömrü boyu doğulub boya-başa çatdığı rayonda yaşayıb. Xoşbəxtliyi evindən-elindən kənarda axtarmayıb, ata yurduna sahib çıxıb.
Övladlarını da vətənpərvər ruhda böyüdüb, hamısının da arzu etdiyi kimi təhsil almasını, Vətəninə, elinə gərəkli olmasını tövsiyə edib, övladları da ata nəsihətinə qulaq asıblar, zəhmətini həmişə uca tutublar. Dəyərli həmkarımız Salman Musayevin atası Cəlal kişi, həm övladlıq, həm də atalıq borclarının öhdəsindən ləyaqətlə gələn, elin kədərinə və şəninə ürəkdən yanan əsl ata, əsl el ağsaqqalı olub. Onun Salman müəllimlə bahəm bütün övladlarının sağlam ruhda böyüyüb boya-başa çatmalarında, ali təhsilə, müvafiq peşəyə yiyələnib cəmiyyətimizə yararlı vətəndaş kimi yetişmələrində danılmaz haqqı vardır. “Ata evdə ALLAH-ın kölgəsidir” - deyib müdrik Peyğəmbərimiz Hz.Məhəmməd (s.a.v.). Ata haqqında bundan böyük dəyər, qiymət ola bilməz. Atanın, ananın borcunu qaytarmaq isə övlad üçün müqəddəs öhtəlikdir. Kimsə, heç də deməsin ki, bu mumkünsuzdür.... Hər bir insan boya-başa catdıqdan sonra özü ata və ya ana olarkən, valideynlərinin vaxtilə ona olan hədsiz diqqət və qayğısını övladlarına ləyaqətlə, qədərincə qaytararsa, ata-ana borcunu qaytarmış olurlar. Dəyərli həmkarımız Salman Musayev də ailədə görüb-götürdüyü tərbiyəyə, halallığa, dəyərlərə sadiq qalaraq xidmətdə olduğu kimi, xidmətdən sonra da Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteran təşkilatının aktiv idarə heyətinin üzvlərindən biri kimi ağsaqqallıq missiyasını şərəflə doğruldur, veteranlardan və gənc həmkarlarından qayğısını əsirgəmir.
Məsəl var deyirlər dünya yaxşıların çiynində durur. Nə dünya, nə sakinləri yaxşılığı unutmaz, tərk etməyə qoymazlar. Vəfatının 12-ci ilində Cəlal Musayevə Allahdan rəhmət diləyir, onun yolunu davam etdirən, ətrafındakılara halallığın yeriyən nümunəsi olan Salman müəllimə yorulmaz fəaliyyətində uğurlar arzulayırıq.
Dərin sayğı və ehtiramla, polis polkovniki İlham Babayev və polkovnik-leytenat Rəşid Hüseynov
Hiç yorum yok:
Yorum Gönder