1953-cü ilin dekabr ayının 2 -dı Gəncə şəhərində anadan olmuş, Kapitan Arazov Ənvər Talıış oğlu Daxili İşlər Nazirliyinin Daxil Qoşunlarının alay komandiri olmuşdur.1992-ci ilin noyabr ayının 1-də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Ənvər Arazov 15 saylı Gəncə şəhər orta məktəbinin səkkizinci sinfini bitirmişdir. Üzərində cərrahiyyə əməliyyatı aparıldığı üçün o, orta məktəbdə təhsilini davam etdirə bilməmişdir. Sonralar texniki-peşə məktəbində oxumuşdur. O, ilk əmək fəaliyyətinə Gəncə Gil-Torpaq Kombinatında elektrik kimi başlamışdır. Ənvər bir müddət bu kombinatda işlədikdən sonra Gəncə Politexnik Texnikumunda təhsilini davam etdirir və 1974-cü ildə ordu sıralarına çağırılır. Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdir. O, 3 il hərbi xidmət keçdikdən sonra yenidən doğma şəhərə – Gəncəyə qayıdır və “Büllur” zavodunda işləyə-işləyə texnikumda təhsilini davam etdirir.
Ənvər Arazov 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirib, zavodda əvvəlcə nizamlayıcı, sonra isə növbə ustası kimi çalışmağa başlayır.
1988-ci il… Azğın erməni quldurları Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə aramsız hücumlar edirdi.
Erməni yaraqlıları azərbaycanlılara qarşı təzyiqləri getdikcə gücləndirir, onları yurd-yuvalarından çıxmağa məcbur edirdilər. Ə.Arazov azğınlaşmış erməni daşnaklarına qarşı barışmaz mövqedə dayanmışdı. Xalq Hərəkatının ilk günlərindən onun səsi gah mitinqlərdən, gah da cəbhə bölgələrindən gəlirdi. O, erməni quldurları ilə açıq döyüşə girmək üçün Daxili İşlər Nazirliyinin Daxil Qoşunlarına daxil olduğu ilk gündən silaha sarılmışdır. Ağdərə döyüşlərində onun başçılıq etdiyi dəstə bir çox uğurlu əməliyyat keçirdi, əsgərlərin mühasirədən çıxarılmasında böyük fədakarlıq göstərdi. 2 noyabr 1992-ci il… Ə. Arazovun son döyüşü… O, noyabrın 1-dən 2-nə keçən gecə Ağdamın Sırxavənd kəndində erməni quldurlarına qarşı ağır döyüşə girdi. Bu qeyri-bərabər döyüşdə Ənvər böyük rəşadət göstərdi və qəhrəmancasına həlak olub.
Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb.
Gəncə şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.
Allah rəhmət eləsin məkanı cənnət olsun.Amin!
Arbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder