Həsən Ağaməmməd oğlu Məmmədov (Ebülhəsən Məmmədov) Salyanda anadan olub. 1956-cı ildə Azərbaycan Dövlət Universıtetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib. Daha sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb (1958-1962, Mehdi Məmmədovun kursu). Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda diktor işləyib (1960-1961). Dram Teatrında fəaliyyət göstərib (1962-1972). 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasının aktyoru olub. 1992-ci ildən yenidən Akademik Milli Dram Teatrında çalışıb. Xarici film istehsalçılarının “Xaos” (1973, rejissor Laert Vaqarşyan / Ermənistan) filmində Kazım bəy rolunda, “Satılmış gülüş” (1981, rejissor Leonid Neçayev / Belarus) filmində Kreşimir rolunda, “Aşırımda atəş etməyin!” (183, rejissorlar Müqəddəs Mahmudov, Abdusalom Rahimov / Tacikistan) filmində Hafiz rolunda, “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin / Belarus) filmində, “Piter Pen” (1987, rejissor Leonid Neçayev / Belarus) filmində hindu rolunda, “Sultan Beybars” (1989, rejissor Bulat Mansurov / Qazaxıstan , Misir) filmində çəkilib. Əməkdar artist (1971), Xalq artisti (1982), SSRİ (1981) və Azərbaycan Dövlət mükafatı laureatı (1986) Həsən Məmmədov 2003-cü ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.
Filmoqrafiya:
Böyük dayaq (1962, tammetrajlı bədii film) – aktyor (Qaraş, Rüstəmin oğlu)
Möcüzələr adası (1963, tammetrajlı bədii film) – aktyor (Nazim)
Kimi daha çox sevirik – Zirvə (1964, tammetrajlı bədii film, kinoalmanax) – aktyor (Kamil)
Arşın mal alan (III) (1965, tammetrajlı bədii film) – aktyor (Əsgər)
Yenilməz batalyon (1965, tammetrajlı bədii film) – aktyor (Xavərin əri)
İstintaq davam edir (1966, tammetrajlı bədii film) – aktyor (Sərdar Əzimov), filmi səsləndirən (rus)
Yaşamaq gözəldir, qardaşım (1966, tammetrajlı bədii film) – aktyor
İnsan məskən salır (1967, tammetrajlı bədii film) – filmi səsləndirən (rus neftçi)
Bir cənub şəhərində (1969, tammetrajlı bədii film) – aktyor (Murad)
Dəli Kür (1969, tammetrajlı bədii film) – filmi səsləndirən (rus)
Sevil (II) (1970, tammetrajlı bədii film) – aktyor (Balaş)
Yeddi oğul istərəm (1970, tammetrajlı bədii film) – aktyor (Bəxtiyar)
Axırıncı aşırım (1971, tammetrajlı bədii film) – aktyor (Abbasqulu bəy Şadlinski)
Gün keçdi (1971, tammetrajlı bədii film) – aktyor (Oqtay)
Qızıl qaz (1972, tammetrajlı bədii film) – aktyor (Fərman)
Ömrün ilk saatı (1973, tammetrajlı bədii film) – filmi səsləndirən (milis rəisi-Sadıq Hüseynov)
Səmt küləyi (1973, tammetrajlı bədii film) – aktyor (Əlibaba)
Bakıda küləklər əsir (1974, tammetrajlı bədii film) – aktyor (Tahir Cəliloviç)
Qatır Məmməd (1974, tammetrajlı bədii film) – aktyor (Səməd)
Alma almaya bənzər (1975, tammetrajlı bədii film) – aktyor (Qurban)
Dədə Qorqud (1975, tammetrajlı bədii film) – aktyor (Dədə Qorqud)
Vulkana doğru (1976-1977, bədii serial) – aktyor (Səməndər)
Arxadan vurulan zərbə (1977, tammetrajlı bədii film) – aktyor (Qəmərli)
Sevinc buxtası (1977, tammetrajlı bədii film) – aktyor (Rüstəmov)
Üzü küləyə (1977, tammetrajlı bədii film) – aktyor (Əlibala)
Arvadım mənim, uşaqlarım mənim – Bağçada rahat yer (1978, tammetrajlı bədii film, kino-almanax) – aktyor (Məmmədəli)
Od içində (1978, tammetrajlı bədii film) – filmi səsləndirən (Suxorukov-Yuri Sorokin)
Babək (1979, tammetrajlı bədii film) – filmi səsləndirən (Xəlifə Məmun - Hacımurad Yagizarov)
Bizi bağışlayın (1979, tammetrajlı bədii film) – aktyor (aviakonstruktor Nəriman)
İstintaq (1979, tammetrajlı bədii film) – aktyor (Murad Əbiyev)
Anlamaq istəyirəm (1980, tammetrajlı bədii film) – aktyor (professor Çingiz Hacıyev)
Gözlə məni (1980, tammetrajlı bədii film) – aktyor (Bahadur)
Qızıl uçurum (1980, tammetrajlı bədii film) – filmi səsləndirən (hakim)
Birisigün, gecəyarısı... (1981, tammetrajlı bədii film) – aktyor (Baba Əliyev)
Əzablı yollar (1982, tammetrajlı bədii film) – aktyor (hökmdar)
İşgüzar səfər (1982, tammetrajlı bədii film) – filmi səsləndirən (Bayramov-Rəsmi Cəbrayılov)
Evlənmək istəyirəm (1983, tammetrajlı bədii film) – aktyor (Mirzə Səfər)
İlıq dənizdə buz parçası (1983, tammetrajlı bədii film) – aktyor (direktor)
Gəmi saatının sirri (1983, tammetrajlı bədii film) – filmi səsləndirən (mühəndis-Nikolay Volkov)
Musiqi müəllimi (1983, tammetrajlı bədii film) – aktyor (raykom katibi)
Qoca palıdın nağılı (1984, tammetrajlı bədii film) – aktyor (meşəbəyi Bağır)
Bağ mövsümü (1985, tammetrajlı bədii film) – aktyor (Ağababa)
Qanlı zəmi (1985, tammetrajlı bədii film) – filmi səsləndirən (qubernator-Muxtar Maniyev)
Bircəciyim (1986, tammetrajlı bədii film) – aktyor (Muradzadə)
İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – aktyor (qoca general)
Qəm pəncərəsi (1986, tammetrajlı bədii film) – aktyor (Məmmədhəsən)
Özgə ömür (1987, tammetrajlı bədii film) – filmi səsləndirən (Əsədov-Arif Nərimanbəyov)
Şeytan göz qabağında (1987, tammetrajlı bədii film) – aktyor (Sabir)
Doğma sahillər (1989, tammetrajlı bədii film) – aktyor (Nuru)
Ölsəm... bağışla (1989, tammetrajlı bədii film) – aktyor (Firuz)
Təxribat (1989, tammetrajlı bədii film) – aktyor (Zaurun atası)
Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (1990, animasiya filmi) – filmi səsləndirən (Dədə Qorqud, Uşun qoca)
Şahid qız (1990, tammetrajlı bədii film) – aktyor (mayor Tofiq Kərimov)
Nakəs (1991, tammetrajlı bədii film) – aktyor
Şirbalanın məhəbbəti (1991, tammetrajlı bədii film) – aktyor
Tələ (1991, tammetrajlı bədii film) – aktyor (Səfərov)
Qırmızı qatar (1993, tammetrajlı bədii film) – aktyor (həkim)
Mənim ağ şəhərim (1993, tammetrajlı bədii film) – aktyor (Mahmud dayı)
Təhminə (1993, tammetrajlı bədii film) – aktyor (professor Zeynallı)
Hökm (1994, tammetrajlı bədii film) – aktyor (“Tuz” Nəsrəddin)
Qara Volqa (1994, tammetrajlı bədii film) – filmi səsləndirən (“Paxan”-Nəsir Sadıqzadə)
Həm ziyarət, həm ticarət... (1995, tammetrajlı bədii film) – aktyor (Əlimurad)
Özgə vaxt (1996, tammetrajlı bədii film) – aktyor (həkim)
Son döyüş (1996, tammetrajlı bədii film) – aktyor
Canavar balası (1997, tammetrajlı bədii film) – aktyor (Yusif kişi)
Yuxu (2001, tammetrajlı bədii film) – filmi səsləndirən (Hidayət kişi-Gündüz Abbasov)
Bir anın həqiqəti (2003, bədii serial) – aktyor (Bəxtiyar Cavadov)
Allah rəhmət eləsin
Hiç yorum yok:
Yorum Gönder