Abşeronda keçmiş məhkum kirayə yaşadığı evi soydu...



Abşeronda keçmiş məhkum kirayə yaşadığı evdən oğurluq edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Abşeron rayon sakini polisə ərizə ilə müraciət edərək kirayə verdiyi evdə yaşayan şəxsin həmin evdən 2000 manat dəyərində məişət əşyalarının oğurlanmasını bildirib.

Daxil olmuş müraciət əsasında araşdırma aparan Abşeron Rayon Polis İdarəsi əməkdaşları oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əsgərzadəni müyyən edərək saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Hiç yorum yok:

Yorum Gönder

Pages