ABŞ Ukraynaya 425 milyon dollar məbləğində növbəti silah paketi ayırdığını elan edib.
“Report” xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında bildirilir.
Sənəddə qeyd olunub ki, yeni yardım paketinə NASAMS hava hücumundan müdafiə raket kompleksləri, HIMARS reaktiv yaylım atəş sistemləri, “Stinger” daşınan zenit-raket kompleksləri, 155 və 105 mm kalibrli artilleriya mərmiləri, TOW tank əleyhinə sistemlər üçün döyüş sursatı, “Javelin” və AT-4 tank əleyhinə komplekslər, PUA-lara qarşı mübarizə vasitələri, hava – yer sinifli döyüş sursatı, “Stryker” zirehli transportyorlar, atıcı silahlar və döyüş sursatı daxildir.
Həmçinin vurğulanıb ki, silahlar Kiyevə PDA (Presidential Drawdown Authority) mexanizmi vasitəsilə veriləcək ki, bu da ABŞ prezidentinə fövqəladə vəziyyət yarandığı təqdirdə xarici tərəfdaşa Konqreslə razılaşdırmadan silah tədarük etməyə imkan verir.
Hiç yorum yok:
Yorum Gönder