6 noyabr Teleradio günüdür



6 noyabr Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. Ölkədə televiziyanın yaranmasının 65 və radionun yaranmasının 95 yaşı tamam olur.


1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb. Həmin vaxtdan bu tarix radio işçilərinin peşə bayramı kimi qeyd edilir. Bakı Televiziya Studiyası işə ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb.


Azərbaycan televiziyası yaranandan sonra 6 noyabr tarixi təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.


Yarandığı gündən indiyədək Azərbaycan radio və televiziyasının yüzlərlə korifey sənətkarın, ziyalının, elm, milli düşüncə adamının yetişib üzə çıxmasında, tanınmasında böyük rolu olub.


Azərbaycan Yüksəliş Partiyası bu gün münasibətilə peşəsinə sadiq qalan vicdanlı teleradio əməkdaşlarını təbrik edir, fəaliyyətlərində uğurlar diləyir, ölkəmizdə söz-fikir azadlığının bərqərar olması istiqamətində mübarizələrində daim dəstəyini əsirgəməyəcəyini bildirir.


Hiç yorum yok:

Yorum Gönder

Pages