6 noyabr ölkədə Bakı Metropoliteni İşçilərinin Peşə Bayramı Günüdür. Metro işçilərinin peşə bayramı 2006-2022-ci illərdə 8 noyabr tarixində qeyd edilirdi. Lakin Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı Sərəncama əsasən, bu bayramın qeyd olunması 6 noyabr tarixinə dəyişdirildi.
1967-ci ildə Bakı metropoliteni “Ginnesin Rekordlar Kitabı”na Şərqdə ilk metro kimi daxil olub. Həmin il Bakıda ilk stansiyalar – İçərişəhər (keçmiş Bakı Soveti), Sahil (keçmiş 26 Bakı Komissarı), 28 May (keçmiş 28 Aprel), Gənclik və Nəriman Nərimanov istifadəyə verilib.
Hiç yorum yok:
Yorum Gönder