Daxili İşlər Orqanlarında və Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunların həyatında öz-dəsti xətti olmuş, dərin zəkası və gözəl nitqi qabiliyyəti ilə seçilən, Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı - istefada olmuş polkovnik-leytenant Əliyev Vaqif Nəsir oğlunun noyabr ayının 22-də vəfatından bir il ötür.
Qeyd edək ki, əsli vətəndaşlıq mövqeyi ilə seçilən, Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı- istefada olmuş polkovnik-leytenant Əliyev Vaqif Nəsir oğlu 1956-cı ilin yanvar ayının 25- də Azərbaycan Respublikasının Ağstafa rayonunun Həsənsu kəndində zəhmətkeş ailədə anadan olmuşdur.
1972-ci ildə Ağstafa rayonunun Həsənsu kənd orta məktəbini, 1976-cı ildə isə SSRİ Daxili İşlər Nazirliyinin Odessa vilayətində yerləşən Ali milis məktəbini bitirmişdir.Polkovnik-leytenant Əliyev Vaqif Nəsir oğlu, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirilmiş, bir çox təlim-metodiki toplanışlarda, xüsusi-taktiki təlimlərdə, nümunəvi-göstərici məşğələlərdə, komanda-qərargah məşqində, seminar və konfranslarda fəal iştirak etmişdir.
İşgüzar, çalışqan, işinə qətiyyətli, mübariz keyfiyyətli olmuş polkovnik- leytenant Vaqif Əliyev 1974-1976-cı illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
1976-1993-cü ilərdə Daxili İşlər Nazirliyinin Odessa vilayətində yerləşən milis şöbələrində və idarələrində müxtəlif vəzifələrdə işləmişdir.
Vətənimizə, möhtərəm Prezidentimizə sədaqəti ilə seçilən, zəngin təcrübəyə malik olmuş, sadəliyi, işgüzarlığı ilə öhtəsinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirmiş Vaqif Əliyev 1993-1999-cu illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Sumqayıt şəhərində, Binəqədi və Nərmanov rayonlarında yerləşən hərbi hissələrində hərbi hissə komandirinin hüquq işləri üzrə baş köməkçisi, 2000-2009 -cı illərdə isə Daxili Qoşunların Bas İdarəsinin İnispeksiyasında inspektor vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Hər kəsi özündən incitməyən,xoş rəftarı və şirin dili ilə hər bir kəslə doğmalıq, yoldaşlıq münasibətləri yaradmış Vaqif Nəsir oğlu Əliyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarından Silahlı Qüvvələrə ehtiyata buraxılandan sonra, 2009-2016- cı illərdə Zaqatala“Simurq” futbol kulubun hüquqşunası, icracı direktoru və klubun prezidentinin müşaviri, 2009-2017-ci illərdə isə 3 dəfə Azərbaycan çempionu olan Şəmkir futbol klubunun idman direktoru vəzifələrində işləyərək, ona həvalə edilmiş vəzifə və tapşıqıqları ləyaqətlə yerinə yetirmişdir.
Vaqif Nadir oğlu Əliyev Daxili İşlər Orqanlarında və Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir.
Polkovnik- leytenant Vaqif Nəsir oğlu Əliyev orta və ali təhsil müəssisələrində təhsil aldığı illərdə, xidmət etdiyi və işlədiyi mühitdə, istərsədə dost-tanış, qohum-əqraba, qonşular arasında daımı özünə layiqli hörmət qazanmışdır.
Yüksək peşəkarlığı, humanistliyi, vətənpərvərliyi, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi, insanpərvərliyi ilə saylıb-seçilən istefada olmuş polkovnik-leytenant Vaqif Əliyev şərəfli ömrünün ən məhsuldar dövrünün 25 ildən çox şərəfli xidmət yolunu Daxili işlər orqanlarında və hərbi xidmətdə, 8 illini isə “Simurq və Şəmkir futbol klublarında kecirmişdir.
Yorulmaz,xeyirxah, təşkilatcı və qayğıkeş insan,yaxşı ailə başcısı Vaqif Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
İctimai işlərdə fədakarlıq göstərən, dostlarna, yaxınlarına, xidmət etdiyi, işlədiyi iş və döyüşcu yoldaşlarına isti münasibəti olmuş, polkovnik- leytenat Əliyev Vaqif Nəsir oğlu, Daxili İşlər Orqanlarında və Daxili Qoşunlarda xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə, verilən tapşırıq və sərancamları dəqiq və vaxtında yerinə yetirməkdə bir çox polis əməkdaşları və hərbi qulluqçular ücün şəxsi nümnə olmuşdur.
Harada hansı vəzifədə çalışmasından asılı olmayaraq, kollektivin daimi rəğbətini qazanmış Vaqif Nəsir oğlu Əliyev Daxili İşlər Orqanlarında və Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və təmin edilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Geniş iş təcrübəsi və işgüzarlığı ilə seçilən, Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı olmuş, polkovnik- leytenant Vaqif Nəsir oğlu Əliyev Daxili Qoşunların Baş İdarəsinində və hərbi hissələrində xidmət edərkən bir çox komissiyanın, kompleks və məqsədli qrupların, inispeksiya yoxlamaların tərkibində olarkən öz səmərəli fəaliyyəti ilə, təcürbəsi ilə, mənəvi və işgüzar keyfiyyəti ilə Daxili Qosunlar komandanlığının daimi diqqət mərkəzində olmuşdur.
Nəcib davranışa və yüksək mədəniyyətə malik olan, polkovnik-leytenant Əliyev Vaqif Nəsir oğlu, Hərbi və polis xidməti vəzifələrinin yerinə yetirilməsində xüsusi fərqləndiyinə görə, Daxili İşlər Nazirinin,
Daxili Qoşunlar Komandanının və onun müavinlərinin və xidmət etdiyi
hərbi hissənin komandiri tərəfindən “Əla xidmətlərə görə” əlacı və yubiley döş nişanları ilə, bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlımış, mukafat qaydasında tutduğu ştat vəzifəsi ücün nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yuxarı hərbi rütbəyə layıq görülmüş və ona təşəkkür elan edilmişdir.
Alicənablığı, səmimiyyəti və təvazökarlığı ilə həmişə seçilən, dostlarının və yaxınlarının etibarını qazanmış, Vaqif Əliyev Dövlətin ərazi bütövlüyünün təmin olunmasında fəal iştirak etdiyinə, döyüş zamanı igidlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müaviq əmrlərnə əsasən, aşağıdakı medallarla təltif olunmuşdur:
1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;
2.“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
6.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 iliyi (1918-2008)” yubley medalı ilə.
Onun bu gün həyatında olan övladları Vaqif müəllimin adını,şərəfini ləyaqətlə doğruldurlar.
Gülərüz,xoşsima, qayğıkeş,sakit, zarafatlı, mehribanlığı, prinsipiallığı ilə ətrafındakıların hörmətini qazanan Vaqif Əliyevin nəcib əməlləri onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Ruhu şad olsun, Allah rəhmət eləsin!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı
polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder