2024-cü il noyabrın 14-də COP29 çərçivəsində Yaşıl Zonada Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya QHT-ləri iqlim maliyyəsi mövzusunda ilk dəfə birgə forum keçirib.



“COP Mirası - vətəndaş cəmiyyətinin iqlim maliyyəsi üzrə müzakirələri” adlı forum Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə baş tutub.
Forumun "COP29: İqlim maliyyəsi, inklüzivlik və ətraf mühitin idarəolunması sahəsində vətəndaş cəmiyyətinin gücləndirilməsi" adlı ilk panelində çıxış edən Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Allahverənov iqlim dəyişikliyi ilə mübarizənin aparılmasında vətəndaş cəmiyyəti institutlarının roluna toxunub və "Troika" dövlətlərində (BƏƏ, Azərbaycan və Brazliya) fəaliyyət göstərən QHT-lərin təşəbbüsü ilə dialoq və əməkdaşlıq platformasının yaradılmasını təklif edib. Bildirilib ki, bu vəzifənin uğurla icra etmək üçün üç dövlətin mütəxəssislərindən ibarət işçi qrupu təsis edilməli və bu təsisat müəyyən olunacaq hədəflərə aparan strategiyanı və ya yol xəritəsini tərtib etməlidir.
A.Allahverənovun təklifi xarici tərəfdaşlar tərəfindən müsbət dəyərləndirilib.

Hiç yorum yok:

Yorum Gönder

Pages