Noyabr ayının 19-da Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunların ehtiyatda olmuş polkovnik- leytenant Mərdan Rəhman oğlu Əhmədovun vəfatından 2 -il ötür.
Qeyd edək ki, ehtiyatda olmuş polkovnik- leytenant Mərdan Əhmədov 2022 ilin noyabr ayının 19-da İsmayıllı şəhərində baş vermiş yol qəzası ( piyada yolu keçən zaman onun maşınla vurulması) nəticəsində həyatını itirmiş, noyabr ayının 20- də İsmayılı rayonun Hacıhətəmli kənd qəbiristanlığında torpağa tapşırılıb .
Əhmədov Mərdanı Rəhman oğlu 1979-cı ildə İsmayıllı rayonunda zəhmətkeş bir ailədə olmuşdur.
Mərdan Rəhman oğlu Əhmədov orta təhsilini İsmayıllı rayonunda, ali təhsilini isə Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarıın ali hərbi məktəbində almışdır.
Polkovnik- leytenant Mərdan Rəhman oğlu Əhmədov Türkiyə Jandarma Qüvvələrinin hərbi məktəblərinin birində zabitləriin təhkimləşmə və xüsusi təyinatlı bölmələrin hazırlığı üzrə komando kurslarında olmuşdur.O,Türkiyə Silahlı Qüvvələrinin hərbi məktəbini müvəffəqiyyətlə bitirdikdən sonra 2017-ci illə kimi Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin xüsusi təyinatlı dəstələrində qrup komandiri, xüsusi təyinatlı dəstə komandirinin müavini, xüsusi təyinatlı dəstə komandiri, Daxili Qoşunların ali hərbi məktəbində müəllim və kurs rəisi, Daxili Qoşunların Baş İdarəsinin Qərargahnda isə baş zabit vəzifələrində Vətənə,dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
M.Əhmədov Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının və Türkiyə Jandarma Qüvvələrinin hərbi məktəblərində təhsil aldığı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrində və hərbi məktəbində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində səmərəli fəaliyyətinə, yüksək peşəkarlığına və xüsusi nailiyyətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlar və Türkiyə Jandarma Qüvvələrinin hərbi məktəb rəislərinin, Daxili Qoşunlar Komandanın müavinlərinin, Daxili Qoşunların ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əlacı və yubiley döş nişanları ilə, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilmişdir.
Polkovnik- leytenant Mərdan Əhmədov öz xidməti vəzifələrini və hərbi hissənin (ali hərbi məktəbin) qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Azərbaycan Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif edilmişdir:
1.”Qüsursuz xidmətə görə 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqdim ili xidmətə görə;
2.”Qüsursuz hərbi xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.”Qüsursuz hərbi xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvərdə 10 Azərbaycan təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı ilə;
5.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95- illiyi (1918-2013)” yubiley medalı ilə.
Heyif ki, biz 2022-ci ilin noyabr ayının 19-da yol qəzası nəticəsində ehtiyatda olan polkovnik-leytenat Mərdan Əhmədovu 43 yaşında itirdik.Lakin,o qəlblərdə yaşayır və yaşayacaq.
Allah rəhmət eləsin,ruhu şad olsun!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder