14 noyabr polkovnik Zakir Süleymanovun vəfat etdiyi gündür.




Ömrünü gününü Vətənin bütövlüyünə,xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır. Belə vətən təəssübü çəkən oğlanlardan biri də Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsininMaddi- Texniki Təminat İdarəsinin Baytar xidmətində  şərəfli xidməti yolu keçmiş,işgüzarlığı,yüksək intellektual səviyyəsi,vətənpərvərliyi, idarəçlik qabiliyyəti,xeyirxahlığı, səmərəli fəaliyyəti,iradi və mənəvi keyfiyyətləri ilə həmişə seçilən, ziyalı insan- polkovnik
Suleymanov Zakir Nadir oğlunun noyabr ayının 14-də vəfat etməsindən 4 il ötür.
 
polkovnik Süleymanov Zakir Nadir oğlu 12 may 1949-cu ildə Gürcüstan Respublikasının Dimanis rayonunun Qızıl-Kilsə kəndində anadan olmuşdur.
2020-ci ilin noyabr ayının 14 -də Bakı şəhərində qəflətən vəfat etmişdir.
   
 Qeyd edək ki, Zakir Suleymanov Gürcüstan Respublikasının Dimanis rayonunun Qızıl- Kilsə  kənd orta məktəbini bitirdikdən sonra 1967-ci ildə Gəncə şəhərində Azərbaycan Kənd təsərrüfatı Inistutuna daxil olmuş 1972 -ci ildə həmin institutu bitirmişdir.
    
Polkovnik Zakir Süleymanov 1972-1974-cü illərdə Sovet ordusunda müddətli həqqi hərbi xidmətdə olmuşdur. O,hərbi xidmətdə olduğu zaman Murmansk şəhərində hərbi məktəbi bitirdikdən sonra ona  ilkin "leytenant" hərbi rütbəsi verilmişdir.
    
Zakir Suleymanov öz ixtisası üzrə 1974-1991- ci ilə kimi Gürcüstan Respublikasının Dimanis rayonunda,1992-1993-cu illərdə isə  Abşeron rayonunda müxtəlif rəhbər vəzifələrdə işləmişdir.

1993-2009 - cü ilərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Baş İdarəsinin maddi- texniki təminat idarəsində xidmət rəisi vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
    Polkovnik Zakir Süleymanov Daxili Qoşunların Baş İdarəsinin maddi- texniki təminat idarəsindən yaşa görə Silahlı Qüvvələrdən ehtiyata buraxldıqdan sonra 2009-2015 -ci  illərdə həmin idarədə   müqavilə əsasında öz ixtisası üzrə  mülkü işçi kimi   işləmişdir.
    Polkovnik Zakir Nadir oğlu Süleymanov peşəkarlığı, humanistliyi, xeyirxah lığı, sadəliyi, səmimiyyət ilə, dəqiqliyi, təmkinliyi, təşkilatçılıq bacarığı və səmərəli fəaliyyəti ilə ilə seçilən, ömürünün ən məhsuldar dövrünün 17-ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirmişdi.
 
Azərbayc an Respublikası Konstitusiyasına və qanunlarına  əməl edilməsində, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xix xidməti nizamnamələrin tələblərinin,əmr və sərancamların dəqiq və sözsüz  yerinə yetirilməsi işində öz tabeliyində olanlara,və bir cox hərbi qulluqçulara şəxsi nümünə olmuşdur.   
 
 Xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə polkovnik Süleymanov  Zakir  Nadir oğluna  Daxili İşlər Nazirinin müvaiq əmrləri (mükafat qaydasında)   vaxtından əvvəl kapitan, mayor, polkovnik leytenant  və bir pillə tutduğu vəzifədən yuxarı polkovnik hərbi rütbəsi verilmişdir.

 Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş  və ictimai sıyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna   və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə , Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı  və yubiley döş nişanları ilə, bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.
   
Polkovnik Zakir Nadir oğlu Süleymanov xidmədə fərqləndiyinə və səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif edilib: 

1."Qüsursuz xidmətə görə”  2-ci  dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

2.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin    10-iliyi (1991-2001)” yubiley medalı ilə; 

4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  90-illiyi (1918-2008)” yubiley medalı ilə.
 
Hal-hazırda haqq dünyasında olan polkovnik Süleymanov Zakir Nadir oğlunun  əziz ruhu onu tanıyanlar tərəfdən daimi  hörmətlə xatırlanır və yad edilir.Belə  vicdanlı  oğulları ilə tanınır Vətən.

ALLAH RƏHMƏT ELƏSİN.

RUHU ŞAD, MƏKANI CƏNNƏT OLSUN!
 Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və  Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages