10 noyabr Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günüdür. Onunla nəinki Türkiyə, bütün türk dünyası fəxr edir. Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürk 57 illik ömründə millətinin, vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandırmış, adını türk və dünya tarixinə qızıl hərflərlə yazdırmışdı.
Bakmiltv.info-nın məlumatına görə, Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk 1881-ci ildə indiki Yunanıstanın Selanik şəhərində dünyaya gəlib. Anası Zübeydə xanım, atası Əli Rza əfəndidir. Orta təhsilini məhəllə məktəbində alan Mustafa 1893-cü ildə Selanik hərbi məktəbinə daxil olub. Burda təhsil alarkən məktəbin riyaziyyat müəllimi Yüzbaşı (Kapitan) Mustafa Səbri bəy ona mükəmməl mənasına gələn “Kamal” adını verir. Fransız dili müəllimi Yüzbaşı Nakiyüddin bəyin fikirlərinin təsirində qalan Mustafa Kamalda müstəqillik düşüncəsi o vaxtlar formalaşır.
1896-cı ildə Monastr Hərbi məktəbinə daxil olaraq 1899-cu ildə burdan məzun oldu. 1897-ci ildə başlayan Osmanlı-Yunan müharibəsində iştirak etmək istəsə də həm yaşının azlığı, həm də tələbə olması səbəbilə buna izn verilməyib.
1899-cu ildə İstanbul “Mekteb-i Harbiye-i Şahane”yə (Hərbi Akademiya) daxil oldu və 549 akademik arasında birinci ili 27, ikinci ili 11, üçüncü ili isə 8-ci yerdə Mülazim (Leytnant) rütbəsilə başa vurdu. 1905-ci ildə isə həmin akademiyadan Kurmay Yüzbaşı (Qərargah Kapitanı) rütbəsi ilə məzun oldu.
Mustafa Kamal o zamankı Osmanlı ordusunun tərkibində ölkənin müxtəlif yerlərində vəzifələrdə olmub, getdiyi yerlərdə isə hərbi vəzifəsi ilə yanaşı müstəqillik fikirlərini də təbliğ edib.
1910-cu ildə Fransada keçirilən hərbi təlimlərdə iştirak edən Mustafa Kamal komandirinin xəbərdarlığı ilə təlim təyyarəsinə minmir. Məlumata görə, həmin təyyarə qəzaya uğrayıb və pilotlar hamısı həlak olub. Bəzi yazıçılar ömrü boyu təyyarəyə minməyən Mustafa Kamalın bu hərəkətini təlimdə baş vermiş qəza ilə izah edirlər.
Daha sonra müxtəlif vəzifələrdə olan və bir çox müharibədə iştirak edən Mustafa Kamalı Osmanlı padşahı IV Vahiduddin Anadoluya göndərir. 1919-cu il mayın 19-da Samsun şəhərinə çatan Mustafa Kamal iyunun 22-də hazırladığı bəyanatla millətin gələcəyinin yenə də millətin əzmkarlığı və qərarlılığı ilə ilə xilas ola biləcəyini elan edir.
1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılmasını təmin edərək özü də Ərzurumdan millət vəkili olur. Məclisin spikeri və hökumətin başçısı kimi Anadoluda Milli İstiqlal (Qurtuluş) mübarizəsini başladacaq hökumətin bazasını yaradır.
Atatürkün qəbri güman edildiyi kimi movzleydə yox, movzleyin alt hissəsində olan otaqdadır
1923-cü il oktyabrın 29-da Osmanlı dövlətini ləğv edərək Türkiyə Cumhuryyətini elan edən Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat edib. 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib. Mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.
Atatürkün nəşi Anıtqəbir mavzoleyinə ölümündən 15 il sonra gətirilib. Onun qəbri üçün Kiprdən, Koreyadakı türk şəhidliyi və Suriyadakı Süleyman Şah Türbəsindən, Azərbaycan da daxil olmaqla 105 nöqtədən torpaq gətirilib. Bu torpaqlar məzarın kənarındakı mis qablarda yerləşdirilib. İstanbul və Çanaqqala boğazlarından gətirilən sudan istifadə edilib.
Hiç yorum yok:
Yorum Gönder