Zaqatalada yaşayış evi yanıb - VİDEO



Zaqatalada fərdi yaşayış evi yanıb.

Bakmiltv.info-nın məlumatına görə, axşam saat 20:30-da rayonun Aşağı Tala kəndində Abdulla Hacı oğlu Əzizova məxsus ümumi sahəsi 90 kv/m olan, ikiotaqlı, birmərtəbəli fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hiç yorum yok:

Yorum Gönder

Pages