Yüksək peşəkarlığı, dərin zəkası,gözəl nitq qabiliyyəti, təşkilatçılıq bacarığı, intellektual səviyyəsi, idarəclik qabiliyyəti və səmimyyəti ilə seçilən, Azərbaycan Respublikasının müharibə veteranı polkovnik- leytenant Aqil Cəlal oğlu Umbatov 1962-ci il oktyabrın 27-də Gürcüstan Respublikasının Dumanis rayonunun Yaqublu kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.
Polkovnik- leytenat Aqil Umbatov 2 il 2 aydan çoxdur aramızda yoxdur, 2022 -ci ilin avqust ayının 4 -də qəflətən vəfat edib.Əgər yaşasaydı oktyabr ayının 27-də 62 yaşını qeyd edəcəkdir.
Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dilli ilə hərkəslə doğmalıq münasibəti yaradan Aqil Umbatov 1969-ci ildə Gürcüstan Respublikasının Dumanis rayonunun Yaqublu kənd orta məktəbinə birinci sinifə getmiş, 1979-cu ildə Bakı şəhərinin Xətai rayonunda orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun Avtomatik və Hesablama Texnikası fakultəsinə daxil olmuş və 1984-cü ildə həmin İnstitutu fəriqlənmə diplomu ilə bitirmişdir.
Əhatəsində olan insanların, döyüşcü və iş yoldaşlarının hörmətini qazanan, ictimai işlərdə fədakarlıq göstərən, dostlarına, yaxınlarlna isti münasibətdə olmuş Aqil Umbatov 1984-1987-ci illərdə “Xəzri” Zaqafqaziya Texnoloji montaj idarəsinin Xüsusi Konstruktor bürosunda mühəndis və böyük mühəndis, 3-cü şöbənin rəisi vəzifələrində işləmişdir.
Dövlətçiliyimızın möhkəmləndirilməsi üçün var qüvvəsi ilə yorulmadan çalışan, müharibə veteranı, polkovnik - leytenat Aqil Umbatov 1987-1988-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində, 1989-1992-ci illərdə Bakı şəhəri Elektron Hesablama Maşınları Zavodunun Xüsusi Konstruktor bürosunda, «Elektron » və «Saturn» kiçik Dövlət müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır.
Əsil vəndaşlıq mövqeyi ilə secilən, 1991-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə və xüsusi əməliyyatlarda içtirak edərək üzərinə vəzifə və tapşrıqların öhdəsindən layiqincə gəlmiş, müharibə veteranı – polkovnik- leytenat Aqil Umbatov 1992-2012 ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Nərmanov,Lənkaran və Xətai rayonlarında yerləşən hərbi hissələrdə və əlahiddə bölmələrdə, hərbi hissənin Rabitə və Ais xidmət rəisi, dayaq rabitə qovşağınin rəisi, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə xüsusi rabitə xidmətin ilk rəisi vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Aqil Umbatov Din-in Daxili Qoşunlarından Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra 2013-2020-ci illərdə isə Baki şəhər Şüşə zavodunda mühəndis- elektronçu vəzifəsində işləmişdir.
Qanunverciliklə müəyən olunmuş qaydada, Daxili Qoşunlara həvələ olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsinə Aqil Umbatov məsuliyət və şərəf hissi ilə yanaşmışdır.
Öz tabeliyində olanlara və bir cox hərbi qulluqçularla, Azərbaycan Respubilkasının Konustisiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin,əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümünə olmuşdur.
Polkovnik- leytenant Aqil Umbatov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü nizam-intizamlı hərbiçi kımı göstərmişr. Aqil işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək başqaları üçün nümunə olmuşdur.
Aqil Umbatov qorxmaz, vətənpərvər, əliaçıq, insanpərvər, vəfalı, zəhmətkeş insan kimi xarakterizə olunurdu.
Öz xidməti vəzifələrini və xüsusi rabitə xidmətinin, hərbi hissənin habelə əlahiddə dayaq rabitə qovşağının qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunmuş, bir çox fərmanlarla qiymətli hədiyələrlə mükafatlandırılmış və ona təşəkkur elan edilmişdir.
Polkovnik - leytenat Aqil Umbatovun Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında səmərəli fəaliyyəti həmişə lazımınca qiymətləndiril işdir.O,cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunmasında, öz xidməti vəzifə borclarının yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1.”Qüsursuz xidmətlərə görə” 1-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
5.”Azərbaycab Respubilkasının Silahlı Qüvvələrin 90 illiyi (1918-2008)” yubiley medalı ilə.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan,səmimi,
insanpərvər, xeyirxah, vətənpərvər,işgüzar və gözəl insan,müharibə veteranı- polkovnik -leytenat Aqul Umbatovun əziz xatirəsi onu tanyanların,sevənlərin,doğmalarının,əzizlərinin,iş və döyüşcü yoldaşlarının qəlbində həmişə yaşayaçaqdır.
Allah rəhmət etsin!
Ruhu şad olsun!
Məkanı cənnət olsun.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder