Azərbaycanın televiziya məkanında özünəməxsus və xüsusi yeri olan "Xəzər TV"nin efir həyatına başlamasından 17 il ötür.
"Bakmiltv.info"nun məlumatına görə, "Xəzər" TV 5 oktyabr 2007-ci ildə “Ailənizin Xəzəri” sloqanı ilə fəaliyyətə başlayıb.
2007-ci il oktyabrın 5-də fəaliyyətə başlayan "Xəzər TV"də bu müddət ərzində operativ xəbər buraxılışları ilə yanaşı, analitik, musiqili, əyləncəli və sənədli verilişlər yayımlanıb. Fəaliyyətə başladığı dövrdə maddi-texniki imkanlarının az olmasına baxmayaraq, zamanla peşəkar kollektivin, yaradıcı heyətin işgüzarlığı nəticəsində sevilən, rəğbət bəslənən bir telekanala çevrilib.
İldən-ilə telekanal müasir dövrün çağırışlarına uyğun olaraq inkişaf edib və bu proses hazırda da davam etməkdədir. Yubiley ilində məqsədimiz “Xəzər TV” olaraq mütərəqqi və yenilənən Azərbaycanla bərabər addımlamaqdır. Yeni inkişaf strategiyamızda məhz bu məsələ əsas götürülüb. Yayımı müasir dövrün çağırışları, informasiya-kommunikasiya texnologiyalarının inkişaf tələblərinə uyğun formatda təşkil etmək prioritetimizdir. Bu məqsədlə telekanala müxtəlif ölkələrdən, eləcə də yerli mütəxəssislər cəlb edilir. “Xəzər TV” bundan sonra ictimai-siyasi-sosial proqramların yayımını daha da artırmağı hədəfləyir. Bununla yanaşı, əyləncəli, maarifləndirici, intellektual verilişlərin formatı yenilənir.
Hər bir yenilik yeni baxış bucağı tələb edir. Yeni kadrlara artan ehtiyacı nəzərə alaraq, bu yöndə ciddi addımlar atılır. Yaxın gələcək üçün TV daxilində "Media Akademiyası"nın yaradılması nəzərdə tutulur. Jurnalistikanın sirlərinə yiyələnmək istəyənlər və gələcəkdə "Xəzər TV"də işləməyi hədəfləyənlərə məhz bu Akademiyada təlimlər keçiləcək.
Tamaşaçıların informasiya tələbatına adekvat cavab vermək üçün dünyanın müxtəlif ölkələrində müxbir məntəqələri yaradılır. Aparıcı informasiya agentlikləri və kanalları ilə əlaqələr genişləndirilır. Bu da dünyada baş verən hadisələrlə bağlı məlumatların ən qısa zamanda tamaşaçılara çatdırılması üçündür.
44 günlük Vətən müharibəsində olduğu kimi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işini davam etdirəcəyik. Bu baxımdan əməkdaşların dilu bilgilərinin inkişaf etdirilməsi məqsədlərimizdən biridir. Bir sözlə, “Xəzər TV” bundan sonra da inkişaf edən Azərbaycanın, yenilənən auditoriyanın müxtəlif səpkili informasiyaya olan tələbatını daha çox ödəməyə çalışacaq. Televiziya daxilində davam edən struktur dəyişikliyi də peşəkarlığın artırılması baxımından önəmlidir.
Texniki imkanlarımızı daha da genişləndirmək üçün maddi-texniki bazamız gücləndirilir. Bütün bunlar tamaşaçılarımıza daha keyfiyyətli yayım izləmək imkanı yaradacaq. Xəzər Media Mərkəzi olaraq tərkibimizdə olan radioların inkişafına, daha da müasir standartlara uyğun fəaliyyət göstərməsinə, musiqilərin daha zövqlə seçilməsi yönündə işlərimizi davam etdirəcəyik. Elektron media platformalarında da fəaliyyətimizin daha da genişləndirilməsini hədəfləyirik. Bir müddət əvvəl “Xəzər Media” Youtube kanalının abunəçilərinin sayı 1 milyonu keçib və bu rəqəm gündən-günə artır. Eyni zamanda “Xəzər TV” hazırda geniş vüsət alan sosial media hesabları ilə də rəqəmsal platformada fəaliyyətini genişləndirir. “Xəzər TV”nin facebook, ınstagram, twitter, eləcə də Teleqram sosial platformasında rəsmi səhifələri aktiv fəaliyyətdədir.
Mövcud vəziyyəti və şəraiti nəzərə alaraq kütləvi tədbirlər planının bu günlərdə deyil, ilboyu gerçəkləşdirilməsi nəzərdə tutulur. Bununla bağlı auditoriyamız mütəmadi geniş məlumatlar alacaq.
2020-ci ildən Murad Dadaşov “Xəzər TV” MMC-nin baş direktoru təyin olunub. "Azerspace-1" peykində HD yayım formatına keçib.
Hiç yorum yok:
Yorum Gönder