Vətən Müharibəsi şəhidləri Kazımov Kamran Qurbanəli oğlu və Kazımov ElvinƏdalət oğlunun anım günü qeyd olunub.



06 oktyabr 2024-cü ildə Vətən Müharibəsi şəhidləri  baş leytenant Kazımov Kamran Qurbanəli oğlu və kapitan Kazımov Elvin Ədalət oğlunun anım günü qeyd edilib. 
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Xətai rayon İcra Hakimiyyətinin müavinləri,aparatın şöbə müdirləri, YAP Xətai rayon təşkilatının nümayəndələri, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbçiləri, Daxili  İşlər Nazirliyinin Daxili Qoşunlarının Silahlı Qüvvələr və müharibə veteranları (qaziləri), Bakmil.info- nun Təsiçi və  icracı direktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin Ümümü şöbə müdiri İlham Rəsulzadə, Sabunçu rayon İcra Hakimiyyətinin ərazi  dairələri üzrə  nümayəndələri, şəhidlərin ailə üzvləri, ictimaiyyət nümayəndələri, Şəhid Kamran Kazımovun və Elvin Kazımovun təhsil aldığı orta məktəbin rəhbərliyi , müəllimləri və  orta  məktəb şagirdləri iştirak ediblər.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.  Şəhidlərimizin ruhuna dualar oxunub, məzarları üzərinə əklil və tər güllər düzülüb.
Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızın hərbi döyüşlərlə azad edilməsi oldu.  Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə  Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi  xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq.
  Daha sonra çıxış edənlər Azərbaycan Respublikasının  Silahlı Qüvvələrinin 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmasından söz açıb, haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət diləyiblər.  
Anım tədbirində iştirak edən orta məktəb şagirdləri Vətənpərvərlik ruhunda şeirlər söyləyiblər.
 Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. 
Tədbirin sonunda Şəhidlər xiyabanında  xatirə şəkili çəkilib və ehsan süfrəsi verlib. 
Allah şəhidlərimizə rəhmət eləsin!

Hiç yorum yok:

Yorum Gönder

Pages