Ucarda yaşayış evində meyit tapılıb.
APA-nın xəbərinə görə, rayonun Dədə Qorqud küçəsində təxminən 55-60 yaşlarında kişi meyiti tapılıb.
Qonşuların sözlərinə görə, meyiti tapılan Nazim adlı şəxsə zəng çatmadığı üçün müvafiq orqanlara məlumat verilib.
Evə baxış keçirilərkən şəxsin meyiti aşkar edilib.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparırlar.
Mərhumun hansı səbəbdən öldüyü hələlik məlum deyil.
Hiç yorum yok:
Yorum Gönder