Təzyiq xəstələri saat neçədə yatmalıdır?



Hipertoniyası olan insanlar, eləcə də yaşı 60-dan yuxarı şəxslərdə yuxu çatışmazlığı təzyiqi daha da qaldırır.

Aktual.ge xəbər verir ki, kardioloq İvan Kurkov yuxunun təzyiqə təsirindən danışıb.

“Keyfiyyətsiz, gec və qısa yuxu arterial təzyiqi “oynadır”, qaldırır.

Əgər siz təzyiqdən əziyyət çəkirsizsə, ilk növbədə 8 saatlıq, normal və dərin yuxu rejimini qaydaya salmaq lazımdır.

Xəstələr gecələrini planlaşdırmalıdır: hər axşam eyni vaxtda yatıb eyni vaxtda oyanın, gecələr yatmazdan əvvəl neqativ xəbərlərə baxmayın, stresli vəziyyətə düşməyin.

Çox oyaq yatırsız, gecəyarı oyanırsızsa, sakitləşdirici vanna, göz maskası, qulaqlıq və xüsusi çaylar için.

Yataq otağınız tünd pərdəli, qaranlıq, sərin və yataq dəsti təbii materiallardan olmalıdır.

Əgər stress, təşviş pozuntusu, axşamlar qorxu, həyəcan varsa, nevroloq, psixoloqa gedin və yuxudan əvvəl meditasiya edin, havada gəzin”,- deyə kardioloq bildirib.

Hiç yorum yok:

Yorum Gönder

Pages